"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Siqareti tərgitdinizsə, mütləq bunlara diqqət edin

21 Mart 2017 - 19:00
in MARAQLI

Siqareti tərgitdinizsə, mütləq bunlara diqqət edin

Bunu da oxuyun

Yer səthinin altında nəhəng okean aşkar edilib

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

“Azaldaraq tərgidəcəyəm”, “əvvəlki kimi çox çəkmirəm”, “məni sakitləşdirir” kimi ifadələrlə özünüzü aldadıb siqaret çəkməyə davam edirsinizsə, onda siqaretin bədəninizə vurduğu ziyanı azaltmaq üçün qidalanma proqramınızı nəzərdən keçirərək, yenidən tənzimləməyinizdə fayda var.

Elchi.az deyerler.org-a istinadən bildirir ki, siqaret çəkmək hüceyrələrin zərər görməsinə və hüceyrə ölümünə səbəb olan sərbəst radikalların yaranmasına səbəb olur. Bu sərbəst radikallar bədəndə toxuma zədələnməsi, hüceyrə yaşlanması, hüceyrə ölümünə qədər gedən prosesi başladır və inkişaf etdirir. Yaranan bu sərbəst radikalları dayandırmağın yolu qidalarla qəbul edilən antioksidantlardan keçir. Antioksidantlar oksigen molekullarını da hərəkətə gətirirlər. Orqanizmə daha çox antioksidant alan insanların ürək xəstəliklərinə, xərçəngə yoluxma riskləri daha azdır.

İdman edən qadınların siqareti tərgitməsi uğuru 2 dəfə çoxdur! Siqaret istifadə edərkən və ya siqareti tərgitdikdən sonra, qidalanma vərdişinizi tənzimləyərək, siqaretinin zərərlərini minimuma endirə bilərsiniz. Siqareti tərgitməyə qərar vermisinizsə, ilk növbədə qidalanma vərdişiniz dəyişdirməlidir və həyatınıza idmanı daxil etməlisiniz. Unudulmamalıdır ki, siqareti tətil dövründə tərgitmək də çəki artımı baxımından təhlükəli ola bilər. Tətil vaxtı insanın daha çox qida istehlak etdiyi dövrdür. İnsanın stresli bir dövründə siqareti tərgitməsi çətin olur.

Siqareti tərgidəndə kökələ bilərsiniz. Çünki siqareti tərgidəndə kökəlməyin yeganə səbəbi maddələr mübadiləsinin yavaşıması deyildir. Siqaret bir çox aludəçi üçün yeməyi dayandırmaq deməkdir. İnsan qarnı doyan kimi bir siqaret çəkir və yeməkdən əlini çəkir. Siqareti tərk edəndə nikotinin orqanizmdən atılma prosesində bəzi qan şəkəri nizamsızlıqları müşahidə edilə bilər. Bu da davamlı yemək ehtiyacını yaradır. Siqareti tərgitməklə yaranan boşluq hissi, adətən xörəklə doldurulmağa çalışılır.

Siqaret istifadə edənlər üçün qidalanma tövsiyyəsi

Kifayət edəcək miqdarda vitamin və mineral ehtiva edən tərəvəz və meyvə istehlakına üstünlük verin. Siqaret çəkən insanların C vitamininə ehtiyacı adi haldan 2 dəfə çoxdur. Bu səbəblə C vitamini baxımından zəngin olan kivi, qırmızı istiot, itburnu, portağal, limon, cəfəri, xiyar və digər yaşıl yarpaqlı tərəvəzləri müntəzəm olaraq istehlak edin. E vitaminilə zəngin soya məhsulları, zeytun yağı, qoz və fındıq istehlak edin.

Karotin maddəsi dərinizi siqaretinin mənfi təsirlərindən qoruyur. Yerkökü, ərik, ispanaq, kələm, kahı kimi qidalar karotin baxımından zəngindir.

Antioksidant tərkibi yüksək olan soğan və sarımsağı süfrənizdən əskik etməyin.

Gündə 1-2 stəkan süd və ya qatıq və ya kefir istehlak edin.

Bol yaşıl salat yeyin. Qırmızı kələm, yerkökü, brokkoli, tərə, ispanaq, dirrik pərpərəni, kahı, nanə kimi tərəvəzləri süfrənizdən əskik etməyin.

Omega 3 və omega 6-dan zəngin olan balıq, dirrik pərpərəni, gicitkən, kətan toxumu kimi qidaları istehlak edin. Qızarmış, yağlı, ağır souslu qidalardan uzaq durun.

Hər gün 1 stəkan ananas suyu için və ya bir neçə dilim ananas istehlak edin. Ananasta zülal həzminə kömək edən bromelain fermenti var və bu ferment toksinlərin daha asan bədəndən atılmasına kömək edir.

Siqaretin bədəndə yaratdığı toksik maddələrdən xilas olmanın ən yaxşı yolu su içməkdir. Gündə 2,5-3 litr su istehlak edin.

Təzə tərəvəz və meyvə istehlakını artırın. Tərəvəz və meyvələrdə olan vitaminlər və minerallar sərbəst radikalların bədənə verdiyi ziyanın bərpasına kömək edir.

Qəbizlik problemi keçirməmək üçün tam taxıl, kəpəkli məhsullar, əncir və ərik istehlakınızı artırın.

Həftədə 3 gün 30 dəqiqə yeriyin.

Dörd qida qrupunun bir arada olduğu menyuları istehlak edin. 3 əsas pay, 3 ara pay istehlak etməyə diqqət edin. Boşqabın böyüklüyünü azaldın. Yəni az-az amma qısa fasilələrlə yeyin.

Siqareti tərgitməklə dad və qoxu qəbul etmə hissiniz yaxşılaşacağı üçün yeməyə qarşı daha həssas olacaqsınız. Bu səbəblə loxmaları kiçik hissələrə bölərək, daha çox çeynəyin.

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

26 nəfər acından ölüb

Next Post

Twitter 377 min istifadəçini blok edib

Bənzər yazılar

Yer səthinin altında nəhəng okean aşkar edilib

Yer səthinin altında nəhəng okean aşkar edilib

16 Aprel 2024 - 13:00

Alimlər Yer qabığında nəhəng okean aşkar ediblər. Oken planetimizin səthindən bir neçə yüz kilometr aşağıda yerləşir. Elchi.az bu barədə Theplanetstoday.com-a...

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

Dünyanın ən yaşlı birləşmiş əkizləri vəfat etdi

13 Aprel 2024 - 13:57

Dünyada rekordlar qıran Ginnesin Rekordlar Kitabı dünən 'dünyanın ən yaşlı birləşmiş əkizləri' rekorduna sahib olan Lori və Corc Şappelin 62...

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

Dünyanın ən izdihamlı yeri… 10 hektarlıq adada 1200 insan necə yaşayır?

27 Mart 2024 - 20:24

Hər il minlərlə turistin ziyarət etdiyi bu adada nə polis, nə qəbiristanlıq, nə işıq, nə içməli su, nə də kanalizasiya...

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

Ən aqressiv və mehriban it cinsləri-Araşdırma

05 Mart 2024 - 11:21

Finlandiyalı mütəxəssislər hansı it cinslərinin aqressiv olduğunu öyrənmək üçün araşdırma aparıblar. Elchi.az Theplanetstoday.com-a istinadənm xəbər verir ki, onlar həmçinin növlərə...

Next Post

Twitter 377 min istifadəçini blok edib

İdman klublarına sahib ən zəngin insanlar

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.