"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Siqaret bahalaşacaq

21 Oktyabr 2014 - 11:30
in İQTİSADİYYAT

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Gələcəkdə Azərbaycanda siqaretin və tütün məhsullarının qiymətinin bahalaşacağı tam realdır. img1660028
Bunu Trend-ə “European Tobacco Baku” ASC (ETB) tütün şirkətinin İdarə heyətinin sədri Rüfət Quliyev bir qutu siqaretin qiymətində aksiz payının 70 faizədək (ƏDV nəzərə alınmamaqla) artırılmasını nəzərdə tutan tütünə qarşı mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası ilə bağlı bu yaxınlarda qəbul edilən qərarı şərh edərkən deyib.
Azərbaycanda bir qutu siqaretin qiymətində aksizin payı 12,5 faiz, Rusiyada 40 faiz, Böyük Britaniyada isə 70 faizdir.
Onun sözlərinə görə, bütün dünyada siqaret çəkmə ilə mübarizə üzrə görülən tədbirlər nəzərə alınmaqla tütün məmulatlarının qiymətinin artması tendensiyasi müşahidə olunur: “Bunların sırasında aksizlərin payının, vergi dərəcələrinin artırılması, ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanunun qəbul edilməsi var. Ümumilikdə Avropa və dünya iqtisadiyyatına fəal inteqrasiya şübhəsiz ki, siqaretin qiymətinə təsir edəcək. İstənilən halda bu məsələ hökumətin ixtiyarında qalacaq, lakin fikrimcə, Azərbaycan gec-tez siqaretin qiymətini yüksəltmək zərurəti ilə qarşılaşacaq”.
R.Quliyev qeyd edib ki, idxalçı ölkələr arasında siqaretin qiymətinin artması Azərbaycanda xüsusi narahatlıq doğurmamalıdır: “Məsələ burasındadır ki, hazırda Azərbaycanda yerli istehsal tütün məmulatlarına olan daxili tələbatın 20-25 faizini qarşılayır, halbuki “European Tobacco”nun potensial gücü Azərbaycanda siqaretə tələbatın 80-85 faizini qarşılamağa imkan verir. İndiki halda söhbət brendlərdən gedir. Əhalinin rifahı artdığına görə Azərbaycanda daha bahalı siqaret markalarına üstünlük verilir. Lakin hesab edirəm ki, bu, idxal qiymətlərinə təsir etməməlidir, çünki aksiz payının artması adətən daxili bazarda qiymətlərə təsir edir”.
O bildirib ki, siqaretin qiymətinin artması da xammalın bahalaşması ilə əlaqədar ola bilər: “Avropada tütün əkmək qadağan edilib və tütünçülük daha çox Latın Amerikası və Afrika ölkələrində yayılır. Xammal bahalaşır, onun tədarükünə çəkilən xərclər də artır. Nəticədə istehsalçılar da məhsulun qiymətini artırmaq məcburiyyətində qalırlar”.
R.Quliyev əlavə edib ki, “European Tobacco” ehtiyac yaranacağı təqdirdə istehsalı 3 dəfə artırmaq gücündədir: “European Tobacco” ildə 2 milyard siqaret istehsal edir ki, bu da hazırda bazarın 25-27 faizini təmin etməyə imkan verir. Bununla belə, zavod 3 dəfə daha çox istehsal etmək gücündədir. Tütün məmulatlarının istehsal həcminin artırılması bir neçə amildən asılıdır – multimilli şirkətlər – siqaret istehsalçıları ilə razılaşmalar, bazarda tələbat və xammalın qiyməti”.
Onun sözlərinə görə, “European Tobacco”nun məhsullarının ixrac həcmi ildə 100-120 milyon siqaret arasında dəyişir.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Orqan mafiyasının üzvləri yaxalanıb

Next Post

Ayı uşağı parçaladı

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Ayı uşağı parçaladı

Qartəmizləyən maşının sürücüsü sərxoş olduğundan “Total” prezidentinin təyyarəsi partladı - Video

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.