Xüsusi Hərbi Əməliyyat zonasında vurulan bir neçə rus tankı Böyük Britaniyaya çatdırılıb. Elchi.az xəbər verir ki, bu barədə Lent.ru Britaniya Silahlı Qüvvələrinin Müdafiə Qərargahının rəhbəri admiral Toni Radakinə istinadən yazır.
Hərbçilərin qeyd etdiyi kimi, onlar Porton Daun sənaye parkının ərazisində yerləşən elmi-texniki laboratoriyaya təhvil veriləcək. Radakin xatırladıb ki, Böyük Britaniya Rusiya Federasiyasından və ya başqa bir dövlətdən təhlükə yaratdığı iddia edilən avadanlıqların əlinə keçəndə bir-biri ilə məlumat paylaşan ölkələr klubunun bir hissəsidir.
Qeyd edək ki, bundan əvvəl Qərb Hərbi Dairəsinin 1-ci Mühafizə Tank Ordusunun 2S19 “Msta-S” özüyeriyən toplarının artilleriya heyəti Kremennaya yaxınlığında Ukrayna Silahlı Qüvvələrinin tankını məhv edib.
Havar Şəfiyeva






