"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Sirli qətl

24 Sentyabr 2017 - 22:32
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Фото Şimal Xəbərləri  Qəzeti/ North News.Фото Şimal Xəbərləri  Qəzeti/ North News.

 

 

Artıq düz yeddi ildir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü və iş adamı Nəcimə Babayevanın öldürülməsi müəmma olaraq qalır

Bu mövzuya ötən ilin dekabrında da toxunmuşduq. Üstündən xeyli müddət keçməsinə baxmayaraq, nə bir cavab verən oldu, nə də yenilik. Baş verənlərin sizlərə aydın olması üçün əvvəlki yazımızdan bir hissəni olduğu kimi dərc edirik: “Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə şer kitabının müəllifi, Xaçmazdakı “Arzu” ticarət mərkəzinin direktoru Nəcimə Babayevanın qətlindən altı ildən çox ötür. Xatırladaq ki, o, iyirmi beş ilə yaxın Xaçmaz mərkəzi kolxoz bazarının müdiri olub. Yetmiş üç yaşı vardı. Nəcimə xanım yaşadığı şəxsi üçmərtəbəli evinin birinci mərtəbəsində öldürülüb. Ailə üzvləri həmin vaxt bildiriblər ki, anaları qisas məqsədi ilə qətlə yetirilib. Hadisə baş verən zaman onun qızı Gülnarə xanım da evin üçüncü mərtəbəsində olub. Ona anasının öldürülməsini evi təmizləməyə gələn qulluqçu xəbər verib. Məsələ bununla da bitməyib. Bu hadisədən iki il sonra Nəcimə Babayevanın qızı, 49 yaşlı Təranə Həbibova Xaçmazda bacısının yaşadığı binanın beşinci mərtəbəsindən özünü atıb. Onun nəyə görə intihar etməsinin səbəbləri bilinmir.

Bəs Nəcimə Babayeva niyə öldürülüb? Bu qətli kim sifariş edib? Nəyə görə bu ölüm hadisəsinin üstü hələ də açılmayıb? Bu suallar altı ildən çoxdur ki, ictimaiyyəti ciddi narahat edir. Ona görə də, əhali arasında cürbəcür şayiələr yayılır. Doğrudur, Nəcimə Babayevanın oğlu Fuad Həbibov və qızı Gülnarə Həbibova bu səs-küylü cinayət hadisəsi haqqında dövlətin bütün instansiyalarına müraciətlər göndəriblər, bəzi güc strukturları rəhbərlərinin qəbullarında da olublar. Beş il öncə Bakıda mətbuat konfransı keçirərək cinayət işinin açılmaması ilə əlaqədar narazılıqlarını da ifadə ediblər. Fuad Həbibov bildirib ki, anasının heç kimlə düşmənçiliyi olmayıb. Onu sahib olduğu bazarı ələ keçirmək üçün öldürüblər. Bu arada qeyd edək ki, iyirmi beş il bazara rəhbərlik edən Nəcimə Babayeva sonradan onu özəlləşdirib. Hələ bundan öncə də rayonun müxtəlif rəsmi şəxsləri bazarı ələ keçirmək məqsədi ilə ona qarşı ciddi təzyiqlər edirdilər. Sonradan təzyiqlər daha da artıb. Çoxsaylı məhkəmə prosesləri olsa da Xaçmaz şəhərinin mərkəzində yerləşən və indi də fəaliyyət göstərən bazarı onun əlindən ala bilməyiblər. Ən maraqlısı budur ki, Nəcimə Babayevanın ölümündə rayonun bir sıra vəzifəli şəxslərinin adları hallanır. Bu barədə mətbuatda da o vaxtlar kifayət qədər yazılar gedib. Nəcimə Babayeva bir yana, bəs qızı Təranə niyə intihar edib? Hadisədən üç il əvvəl mərkəzi bazarda yanğını kim törədib? Doğrudur, Azərbaycan Respublikasının Baş Prokurorluğu, daxili işlər nazirliyinin nümayəndələri Xaçmaza gələrək bu işi yerindəcə araşdırıblar. Mərhumun qızı Gülnarə Həbibova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rayona səfər edəndə beşmərtəbəli binanın damına çıxaraq oradan qışqıra-qışqıra prezidentə müraciət edib, şikayətini çatdırıb. Məlumatlara görə, Nəcimə Babayevanın ölüm işinin araşdırılmasını Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparır. Hələ ki, bir nəticə yoxdur.”

Bəli, yeddi il keçir. Bir çox sualların cavabı ictimaiyyət üçün yenə də qaranlıq olaraq qalır: Görəsən, Nəcimə Babayevanın qətlini kim sifariş edib? Niyə cinayətkar və sifarişçilər hələ də azadlıqdadırlar? Azərbaycanda kifayət qədər peşəkar əməliyyatçılar və müstəntiqlər var. Baş verən isə sıradan bir hadisə deyil. Qətlin tamah məqsədi ilə törədilmədiyi deyilir. Onda N. Babayevanın öldürülməsinin səbəbi kimi sadəcə bazarın ələ keçirilməsi versiyası qalır. Belədə bütün araşdırmalar həmin istiqamətdə aparılmalıdır. Bunu ortaya çıxarmaq isə o qədər də çətin bir iş deyil. Bazar hazırda mərhumun övladları tərəfindən idarə olunur. Əgər savaş bazar uğrunda idisə, qətlin sifarişçiləri nə əldə etdilər? Tutaq ki, bu versiya da düzgün deyil. Onda istintaq bizə məlum olmayan bir istiqamətə yönəlməlidir. Bəlkə problem heç bazarda olmayıb, kimlərsə bu ticarət obyekti uğrunda çəkişmələrdən istifadə ediblər? Bəlkə heç kimə məlum olmayan elə məsələlər var ki, N. Babayevanın öldürülməsinə səbəb olub? Yəqin ki, istintaqçılar da müxtəlif ehtimalları nəzərdən keçirməmiş deyillər. Bütün hallarda bir neçə şer kitabının müəllifi, yazıçılar birliyinin üzvü və iş adamı Nəcimə Babayevanın sirli qətlinin üstünün indiyədək açılmaması heç kimə başucalığı gətirmir. Onun qətlinin hansı səbəbdən törədilməsindən asılı olmayaraq bu cinayətin üstü mütləq açılmalıdır. İnsanlar əmin olmalıdılar ki, cinayətkarlar cəzasız qalmırlar.

Yəqin ki, bu qətllə bağlı araşdırmalar davam edir. Ötən yazımız dərc edildikdən sonra bəziləri bizə dedilər ki, artıq zəhmət çəkirik, bu cinayətin üstü açılmayacaq. Mən nəyə görə ictimaiyyətin belə bir qənaətə gəldiyini deyə bilmərəm. Ola bilsin ki, qətlin üstündən yeddi il keçib və insanlar düşünürlər ki, daha məsələ qapandı. Lakin belə deyil. Təbii ki, istintaq davam edir. Jurnalistlər isə bu qətli təkrar-təkrar işıqlandırmaqla yalnız prosesi sürətləndirə bilərlər. Bir də əsas məsuliyyət hüquq-mühafizə orqanlarının üzərinə düşür. Onlar görülən işlərlə bağlı vaxtlı-vaxtında ictimaiyyəti məlumatlandırsalar dedi-qodulara, şayiələrə yer qalmaz.

Müqəddəs Mehdiyev

“Şimal xəbərləri” qəzetinin baş redaktoru

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

205 illik cəhənnəm: 10 il işgəncə verib edam edirdilər… – FOTOLAR

Next Post

Energetik içkilərin satışının məhdudlaşdırılması məsələsi qaldırılacaq – ARAŞDIRMA

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Energetik içkilərin satışının məhdudlaşdırılması məsələsi qaldırılacaq - ARAŞDIRMA

Neft ucuzlaşdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.