Misir prezidenti Əbdülfəttah əs-Sisi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə “Fələstində baş verən hadisələri və regionda hərbi gərginliyin dayandırılması səylərini” müzakirə edib.
Elchi.az xəbər verir ki, Misir Rəyasət Heyətindən verilən yazılı açıqlamaya görə, Sisi BƏƏ prezidenti Əl Nahyan ilə telefon danışığı aparıb.
İsrail və Fələstin arasındakı hərbi gərginliyə son qoymaq səylərinin müzakirə edildiyi görüşdə liderlər mövcud koordinasiya ilə yanaşı, bölgədə zorakılıq və gərginliyin dayandırılması üçün diplomatik səylərin artırılması barədə razılığa gəliblər.
Şayəstə Hüseynova





