Misir prezidenti Əbdülfəttah əs-Sisi fələstinlilərin öz torpaqlarından deportasiyasını rədd etdiklərini bir daha bəyan edib.
Elchi.az xəbər verir ki, Misir Sədrliyindən verilən yazılı açıqlamaya görə, Sisi ölkəsinə səfər edən Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyeni paytaxt Qahirədə qəbul edib.
İsrailin oktyabrın 7-dən bəri Fələstin torpaqlarında davam etdirdiyi gərginliklə bağlı inkişafların müzakirə edildiyi görüşdə Qəzza zolağındakı son vəziyyət müzakirə edilib.
Sisi görüşdə Qəzza zolağında mülki əhalinin müdafiəsi üçün dərhal atəşkəsin yaradılması və humanitar vəziyyətin getdikcə pisləşdiyi bölgəyə yardımların çatdırılması lazım olduğunu bildirib.
Fələstinlilərin öz torpaqlarında didərgin salınmasını və ya Misirin Sinay yarımadası başda olmaqla başqa ölkələrə sürgün edilməsini qəbul etmədiklərini ifadə edən Sisi, “Misir fələstinlilərin deportasiyasını qəti şəkildə rədd edir” -deyib.
Von der Leyen AB-nin də fələstinlilərin öz torpaqlarından deportasiyasına qarşı mövqe tutduğunu bildirib.
Misir prezidenti Sisi və AB Komissiyasının sədri Von der Leyen Fələstin probleminin yeganə həllinin iki dövlətə əsaslanan hərtərəfli və ədalətli sülh yolu ilə əldə edilə biləcəyini vurğuladılar.
Nuranə Məmmədova






