"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Siyasi islam heysiyyatı: qloballaşan dünyanın son savaşları

12 Yanvar 2015 - 14:32
in XƏBƏR LENTİ
img1628081Fransada baş verən terror aktı insanlığa, azad sözə və düşüncə azadlığına qarşı terrordur. Kənardan azad sözə görə terrora məruz qalıb həlak olan jurnalistlər onların qatillərindən ruhən daha güclüdrlər. Birincilər bəşəriyyəti irəli aparır, terrorun müəllifləri isə insanlığı uçuruma və cəhalətə sürükləmək xülyası ilə yaşayanlardır. Hər bir terror islam əxlaqı tərəfindən rədd edilir və insan ola hər kəs tərəfindən lənətlənməlidir. Zorakılıq olan yerdə xristian və ya islam əxlaqı yoxdur!
Bu gün ərəb dünyasında İslam dövləti yaratmaq missiyası götürən zombilərin törətdiyi bəşəri cinayətlər, tükürpədici hadisələr, sivil dünyada baş verən dini təyinatlı və ya dini təmayüllü teraktlar yönətimindən, qurama və ya faktiki olmasından asılı olmayaraq əslində uzunmüddətli tarixi ziddiyyətlərin çözülməsi prosesinin mühüm bir mərhələsidir. Bu ümumilikdə, İslam və ayrılıqda müsəlman təriqətçiliyinin özünü təsdiqi və ya ifadə forması kimi dəyərləndirilə bilər.
Bu gün dünyada iddia edilən xristian-müsəlman savaşı uydurma bir şeydir. Əslində müsəlman təriqətləri arasında gedən eybəcər mövqe və hegemonluq mübarizəsindən söhbət gedir. Bu savaşda müsəlman “əzabkeşləri”nin sivil dünyaya qarşı apardığı  təhrif edilmiş islam şəriətinin cızdığı əxlaq və heysiyyat savaşından əziyyət çəkən günahsız insanlar ortadadır. Sivil dünyanın gözü qarşısında başı kəsilən, ibadət edərkən məscidlərdə partladılan günahsız digər təriqət sahibləri, kütləvi zorlanan və qul kimi satılan qadınlar totalitar dövlət qurmaq ideyası ilə proqramlaşdırılmış bir qrup zombiləşmiş qrupların mütəşəkkil cinayəti və qətliamıdır. Günahsız insanların qanını tökən insanlar bəşəri cinayətkarlardır, insanlığın düşmənləridir.
Xristianlıq daha qədim dindir. Onun da tarixi bu gün müsəlmançılıq xofunun yaratdığı mühitə analoji bir dövr yaşayıb. Xristianlıq tarixində dini zəmində çoxsaylı müharibələr, qətllərlə müşahidə olunan xeyli tarixi hadisələri, xaş yürüşlərini misal gətirmək olar: 1204-cü ildə pravoslav Konstantinopolun katoliklər tətəfindən işğalı və qarət olunması; 1240, 1242-ci illərdə Rus torpaqlarında papa hakimiyyətini bərqərar etmək uğrnda aparılan Neva döyüşü və Çud gölü üzərində (Büz üstündə) döyüş;  Xristian-protestantlar və katoliklər arasında dini zəmində baş verən və sonralar Avropada Qabsburqların hegemoniyasına qarşı mübarizəyə çevrilən 30 illik toqquşmalar (1618-1648-cı illər); Pravoslavlarla katoliklər arasında Yerussəlimdəki (Yəsrib) müqəddəs qəbir uğrunda mübahisədən sonra başlayan 3-illik Krım müharibəsi (1853-1856). I və II Dünya müharibələri ərəfəsində xristian dövlətlərinin bir-birinə hücumları da bu qəbildən hesab oluna bilər.
Lakin zaman bu ziddiyyətləri öz yoluna qoya bildi. Xristianlar dərk elədi ki, bu savaşlar mənasızdır, insan qətliamları və zorakılıqlarla inanclar, dini əqidələr  satın alına və dəyişdirilə  bilməz. İnsan vicdan, söz və ifadə azadlığına, yad fikrə və düşüncə tərzinə görə təqib edilə bilməz, çinki bunlar demokratiyanın və yüksək mədəniyyətin səciyyəvi nişanələridir. Bununla da xristianlığın siyasi məzmunu sivil qanunların həzin simfoniyası altında dəfn edildi,  onun potensial təhlükəsi isə sovuşdu. Bu gün olub keçən naqisliklərdən hər kəs utanc hissi keçirir, sanki bu tarixi silib atmaq istəyir. Lakin insanlığın pik nöqtəsinə çatmağın yolu da görünür bu naqisliklərdən keçir. Bu gün xristianlıq o dinə iman gətirənlərin məişətindən o yana keçə bilmir, yəni siyasi məzmun daşımır, pravoslav və katoliklər arasında səmimi tolerant münasibət hökm sürür.
Dinin siyasiləşməsi nəyi nəzərdə tuturir? Siyasi din konkret icbari rituallar və qaydalardan ibarət millətlər üstü sivilizasiya yaratmaq yolunda ekstremist və zorakı yollarla aparılan totalitar eksperimentin bir fundamental aspektidir. Siyasi din milli şüurun, milli təfəkkürün vakuumunu doldurur. Çünki insanın şüurunda daim özünü dərk təmayülü var, mühitin təlqin etdiyi idendifikasiyalar insanın mənlik şuuruna çevrilir. Fərdi dini şüur kütləviləşərək ümmət, fərdi milli şüur isə millət identifikatoru rolu oynayır. Millət olaraq özünü dərk etmiş toplumlarda dini şüurun dominant rolu resessivləşir.
İslam daha gənc bir din olduğundan siyasi iddialardan tam azad ola bilməmişdir. Bu gün İslam dininin siyasi məzmun daşıması onun hansısa qollarının (bir təriqətin) hökmranlığı uğrunda savaşda özünü göstərir. Hansı müsəlman ölkəsində savaş varsa, müsəlmanların törətdiyi qətliam və terror varsa burada siyasi islamın toxumları və ruhu var.
Dünya qloballaşır, ideologiyasızlaşır və insan təfəkkürünə hörülən tikanlı məftillərdən azad olan qloballaşan dünyada söz və ifadə azadlığı toxunulmaz və təməl dəyərə çevrilir.
P.S. Etiraf etmək lazımdır ki, Azərbaycanın yerləşdiyi geopolitik ərazi də hamımızdan sayıqlıq tələb edir. Ölkəmizdə də idarə olunan, daim təlimatlan, dini hərarətlə vurnuxan, əcnəbi dini rəhbərin əmrinə müntəzər dayanan, dini dövlət qurmaq xülyası ilə yaşayan, bu işi hədəfə çevirən zombilər mövcuddur. Hər kəs bilməlidir ki, buna heç vaxt yol verilməyəcək. Azərbaycan müstəqil dövlət kimi qloballaşan sivil dünyanın bir hissəsinə çevrilməlidir. Nicatımız dünyəvilikdədir.

 

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

"Photoshop" gözəlçələri (FOTO+18)

Next Post

Rus əsgəri erməniləri güllələdi

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Rus əsgəri erməniləri güllələdi

Azərbaycanda 3 nəfər dəm qazından zəhərləndi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.