"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Siz

05 Oktyabr 2015 - 00:04
in KÖŞƏ YAZILARI

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

Müəllim adına ithaf

Onun haqqında xatirələrim çoxdur, lap çox. Haradan başlayım? Lap əvvəldən, ilkin olanlardanmı?

Yadımda qalan ilk söz budu ki, atam məni ona tapşıranda «əti sənin, sümüyü mənim, necə istəyirsən, rəftar elə, məsuliyyəti sənin boynuna» – dedi. Uşaq ağlımla belə başa düşdüm ki, bu adam mənim üzərimdə atamdan sonra hökm edəsi İkinci şəxsdir və boynuna məsuliyyətim qoyulan bu şəxsin dediklərini qeyd-şərtsiz yerinə yetirməliyəm.

İlk dəfə ondan eşitdim ki, hələ 900 il əvvəl yaşamış Mahmud Kaşğari türklərin özlərindən böyüyə, yaşlı və ixtiyara «siz» deyə müraciət etdiyini yazıb.

Hörmət əlaməti olaraq «siz» müraciəti ünvanladığım ilk şəxs oldu O! Sonra bu tərbiyə özümdən böyüklərin hamısına münasibətimin mayasına çevrildi.

İlk dəfə O dedi ki, türk atlısı özündən yaşlı adam görəndə ona heç vaxt at belində salam verməyib, dərhal atdan düşüb, üzəngini qoluna keçirib, ixtiyarla hal-əhval tutub, sonra ata süvar olub.

Meşədən odun gətirməyə gedəndə, ya nobat qabağına çıxanda mindiyim atdan ilk dəfə Ona salam vermək üçün düşdüm; sonra kənd ixtiyarlarının hamısıyla hal-əhvallaşmağımın yeni dövrü başladı.

Adamın birinci Allahının atası olduğunu, cənnətin isə ananın ayaqları altından başladığını ilk dəfə Ondan öyrəndim: Ata və Ana qorxum sevgi və məhəbbətə çevrildi. Bu sevginin hörmət payından Ona da, el-oba böyüklərinə də pay düşdü.

Peyğəmbərimizin «Mən elmin şəhəriyəm, Əli onun qapısıdır» sözünü ilk dəfə Ondan eşitdim; Onu həmən qapıya gedən Yolun nişanverəni, bələdçisi kimi müqəddəsləşdirdim.

Hə, O, mənim gözümdə dünyanın bütün sirlərini bilən, bütün elmlərdən hali olan, hamıdan və hər kəsdən ağıllı, savadlı və ədalətli biri, az qala, bütləşdirdiyim canlı müqəddəslərdən idi. O qədər ki, Onun çörək yediyini, ot çaldığını, odun qaladığını, taxıl biçdiyini, dən üyütdüyünü, həyat yoldaşıyla dalaşdığını… təsəvvür etmirdim. Çünki O, heç kəsə bənzəmirdi.

Onun olduğu məclisə girməyə cəsarət etməzdim; yanında Allahın hüzurundaymış kimi qollarımı cütləyib, başımı aşağı salırdım, ağzından çıxanları hava kimi ciyərlərimə, su kimi canıma çəkirdim, tapşırdıqlarına can-başla əməl edirdim; Çöldə, bayırda, evdə həmişə onun nəzarətini hiss eləyirdim, hətta fikirlərimi, düşüncələrimi də bildiyinə bir qırıq şübhəm yox idi. Ona görə yanlış düşüncələri anında beynimdən qovurdum, Onun xoşuna gəlməyən iş tutmaqdan çəkinirdim, qorxurdum ki, məndən küsər. Hamı kimi mən də Ona oxşamaq, onun kimi olmaq istəyirdim.

Axı, O, mənim MÜƏLLİMİM idi!..

***

…İndi də el-obaya üz tutanda – evdə olanda da – Onun və ixtiyarların yanından elə-belə, kənardan-kənara salamlaşıb ötmürəm: mütləq maşından düşüb salam verir, xeyir-duasını alandan sonra yoluma davam edirəm.

İndi də Onun və ixtiyarların oturduğu məclisdə özümü yığışdırıram, yenə də Onu dinləyir, yenə də Ondan öyrənirəm.

İndi də ən ədalətli adam, ən gözəl ziyalı, ömrünü yolumuzda şam kimi əridən şəxs kimi baxıram Ona.

İndi də Ona oxşamaq istəyirəm, amma daha onun kimi müəllim olmaq arzusunu çıxarmışam başımdan.

Çünki hər adamın MÜƏLLİM ola bilməyəcəyini anlamışam; çünki müəllim olmaq üçün hamıdan yaxşı insan olmağın gərəkdiyini elə Ondan öyrənmişəm.
Mənsə Ondan yaxşı ola bilmərəm.

Axı, İbrahim müəllimdən yaxşı insan yoxdur!!!

P.S. Bu gün – Müəllimlər günündə İBRAHİM YUSİFZADƏNİN simasında ümumiləşdirdiyim bütün müəllimlərimi təbrik edir, əllərimi çubuqlaya-çubuqlaya elmin qapısını üzümə açan bu böyük insanlara “əlləriniz var olsun!” deyirəm!

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Kişilərin qadınları anlaması…

Next Post

FHN-dən “Qəbələdə sel” xəbərinə REAKSİYA

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

FHN-dən “Qəbələdə sel” xəbərinə REAKSİYA

Marqarinin ziyanı - Bilməniz vacibdir!

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.