Bir neçə Skandinaviya şirkəti Amerika qənnadı istehsalçısı “Mondelez International” şirkəti ilə (şirkət “Oreo”, “Mars”, “Alpen Gold”, “Milka”, “Toblerone”, “Barny”, “Halls”, “Tuc2 kimi brendlərin sahibidir) ilə işləməkdən imtina edib, çünki şirkət Rusiya bazarını tərk etməkdən imtina edib.
Elchi.az Reuters.com xəbər agentliyinə istindən bildirir ki, “SAS” və “Norwegian Air” hava yolları, “SJ” dəmir yolu qrupu, “Strawberry” otellər şəbəkəsi, “Elkjop” pərakəndə satış şəbəkəsi, “Fjord Line” gəmiçilik qrupu, Norveç Futbol Assosiasiyası və başqaları “Mondelez”-in korporativ boykotuna qoşulub.
Amerika korporasiyası yerli şokolad istehsalçıları “Freia” və “Marabou” vasitəsilə Norveç və İsveçdə böyük iştiraka malikdir. Boykot fonunda şirkət iyunun 11-də yerli biznesini qorumaq üçün Norveç hökumətinə müraciət edib.
May ayında “Mondelez International”, şirkətin üç fabrikinin olduğu Rusiyada fəaliyyətini davam etdirdiyi üçün Ukraynanın müharibənin beynəlxalq sponsorları siyahısında yer alıb: Nəticədə, “Mondelez”-in Rusiyadakı mənfəəti 339 milyon dollar olub, şirkət ölkə büdcəsinə 61 milyon dollar vergi ödəyib.
Şirniyyat istehsalçısını boykot elan edən bəzi Skandinaviya şirkətlərinin “Reuters”-ə verdiyi məlumata görə, onların hərəkətləri Ukrayna tərəfinin qərarı ilə diktə edilib. “Mondelez” bundan sonra mövqeyini izah etmək üçün həmin ölkələrin səlahiyyətliləri ilə görüşməyə çalışacağını açıqlayıb. “
“Mondelez İnternational” bütün siyasi qərarlara və sanksiyalara əməl edir və onların tam uyğunluğunu təmin etmək üçün əməliyyatlarda lazımi düzəlişləri nəzərdən keçirməyə davam edəcək”, – deyə şirkətdən bildirilib.
Yeganə





