Slovakiya parlamentinin vitse-spikeri Lubos Blaha ölkəsində rusofobiya və Rusiyaya qarşı ekstremist ideyalara qarşı mübarizə aparacağını bildirib. Elchi.az xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.
“Biz Rusiya xalqının İkinci Dünya Müharibəsində göstərdiyi fədakarlığı heç vaxt unutmayacağıq və Rusiya ilə bağlı xəstə rusofobiya və digər faşist ideyalarını yayan ekstremistlərin qarşısını almaq üçün hər şeyi edəcəyik”, – deyə parlamentari söz verib.
2023-cü ilin iyul ayında Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini İrina Yarovaya rusofobiya üçün cinayət cəzasının tətbiqini təklif edib. Onun sözlərinə görə, deputatlar ondan təkcə Rusiya vətəndaşlarını deyil, xaricdə yaşayan həmvətənlərini də qorumaq niyyətindədirlər.
Havar Şəfiyeva






