Slovakiyanın baş naziri Robert Fiko səfəri üçün Kiyev əvəzinə Ujqorodun seçilməsini bu şəhərin ölkəsinə yaxın olması ilə izah edib. Elchi.az “RİA Novosti”yə istinadən xəbər verir ki, o, jurnalistlərin raketlərin düşdüyü Ukraynanın paytaxtına niyə getməməsi sualına belə cavab verib.
“Kiyevdə olmusunuz? Sizə yalvarıram, belə obraz yaratmayın. Yerli münaqişə var. Mənim mövqeyim belədir: Ukraynanın baş naziri Denis Şmıqalla sərhəddə görüşmək istədim, onlar Ujqorodu seçdilər”, – deyə siyasətçi bildirib.
Slovakiyanın baş naziri əlavə edib ki, bu vəziyyətdə Kiyevə getməyin mənasızdır və hazırda “müharibə gedir” sözlərindən təəccüblənib və Ukraynanın paytaxtında həyatın tamamilə normal olduğunu vurğulayıb.
Havar Şəfiyeva






