Ukraynadakı münaqişə, NATO-nun baş katibi Yens Stoltenberqin mövqeyinin əksinə olaraq, hərbi yolla həll edilə bilməz. Elchi.az xəbər verir ki, bu açıqlama ilə Slovakiyanın baş naziri Robert Fiko çıxış edib.
“Biz NATO-nun baş katibi ilə Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi apardıq. Bu, bizim fikirlərimizin fərqli olduğu mövzudur. Mən açıq şəkildə bildirdim ki, mənim hökumətimdə Ukraynadakı münaqişənin hərbi yolla həllinə inanmırıq”.
Slovakiyanın baş nazirinin sözlərinə görə, Ukrayna münaqişəsinin həlli üçün Avropa İttifaqı və ya NATO platformalarında həyata keçirilə biləcək kifayət qədər sülh təşəbbüsü yoxdur.
Havar Şəfiyeva






