Slovakiyanın keçmiş baş naziri və müxalifət partiyası “Smer”in rəhbəri Robert Fiko bildirib ki, Ukrayna Silahlı Qüvvələrinə hərbi texnikanın verilməsindən ölkə ordusu zərər çəkib. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Slovakiyanın keçmiş baş nazirləri İqor Matoviç və Eduard Heqer və Slovakiya prezidenti Zuzanna Çaputovanın hökumətlərinin Ukraynaya silah göndərmək qərarından sonra Slovakiya ordusu acınacaqlı vəziyyətdədir. “Bizim döyüş təyyarələrimiz, hava hücumundan müdafiə sistemlərimiz və kifayət qədər sursatımız yoxdur” – deyə Fiko həmçinin bəyan edib ki, əgər onun partiyası parlament seçkilərində qalib gəlsə və sonradan hökumət formalaşdırsa, Slovakiyadan Ukraynaya hərbi yardım dayandırılacaq, çünki bu, yalnız insanların ölümünə səbəb olur.
Havar Şəfiyeva






