Bu gün Slovakiyada erkən parlament seçkiləri keçirilir.
Elchi.az bu barədə Apnews.com– istinadən xəbər verir.
Rusiyayönlü və anti-amerikan bəyanatlar verən keçmiş baş nazir Robert Fizo qərbyönlü namizədə qarşı çıxıb. 59 yaşlı keçmiş baş nazir və onun “Smer” partiyası hakimiyyətə qayıtmaq cəhdi uğur qazanacağı təqdirdə Slovakiyanın Ukraynaya hərbi dəstəyini dayandıracaqlarına söz verib.
“Smer”in əsas rəqibi 2017-ci ildə yaradılmış “Tərəqqiçi Slovakiya” liberal partiyasıdır və partiyaya 39 yaşlı Mixal Simetski rəhbərlik edir. O, Avropa Parlamentinin üzvüdür. Rəqibi haqqında danışan Fizo şənbə günü ölkəsinin siyasətdə həvəskar səviyyəli insanlar tərəfindən idarə edilməməsini arzulayacağını bildirib.
2006-2010 və 2012-2018-ci illərdə baş nazir olmuş Fizo Aİ-nin Rusiyaya qarşı sanksiyalarının tərəfdarı deyil, Ukraynanın rus qoşunlarını geri çəkə biləcəyinə şübhə edir və Ukraynanın NATO-ya daxil olmasını əngəlləmək istəyir. O, təklif edir ki, Kiyevə silah göndərmək əvəzinə, Aİ və ABŞ öz təsir imkanlarından istifadə edərək Rusiya və Ukraynanı kompromis sülh sazişi imzalamağa məcbur etməlidir.
“Tərəqqiçi Slovakiya” partiyası isə öz növbəsində ölkənin gələcəyini Aİ və NATO-ya güclü üzvlükdə görür. Partiya Ukraynanı dəstəkləməyə davam edəcəyinə söz verib. O, həm də mühafizəkar Roma katolikliyinin qalası olan ölkənin əsas partiyaları arasında nadir hallarda rast gəlinən LGBT tərəfdarıdır.
Yeganə





