Slovakiya Almaniyadan gətirilən “MANTİS” hava hücumundan müdafiə sistemləri ilə Ukrayna ilə sərhədinin təhlükəsizliyini gücləndirəcək. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“Slovakiya Silahlı Qüvvələri “MANTIS” hava hücumundan müdafiə sistemləri alıb. Ukrayna ilə şərq sərhədini möhkəmləndirəcəklər”, – Slovakiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Bundan əvvəl Slovakiyanın müvəqqəti hökuməti Ukraynaya növbəti hərbi yardımı dayandırdığını elan edib. Qərar Kiyevin dəstəklənməsinə qarşı çıxan partiyalar arasında koalisiyanın yaradılması üzrə danışıqların fonunda qəbul edilib.
Havar Şəfiyeva






