"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şlyapa altında yatan sərvət – Şlyapa Zahid kimdir?

19 İyul 2023 - 15:05
in Cebhe-banner

Növbəti dəfə həbs edilən Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçinin Təhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti Zahid Niftəliyev yenidən gündəmdədir.

Bunu da oxuyun

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

Elchi.az Yenipress.az-a istinadən xəbər verir ki, 1955-ci il təvəllüdlü Zahid Niftəliyev Siyəzən rayonunda anadan olub.

Z.Niftəliyev Azərbaycan Baş Qərargahının sabiq rəisi Nəcməddin Sadıqovun yaxın adamı, “sağ əli” hesab olunur.

O, 2022-ci il mayın 27-də həbs olunanda onun bir müddətdir dələduzluq ittihamıyla axtarışa verildiyi bildirilirdi. Həmin vaxt hüquq-mühafizə orqanları da bu məlumatı təsdiqləmiş, Zahid Niftəliyevə qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə ittiham irəli sürülmüşdü. İndi isə məlum olur ki, istintaqın gedişində ittiham dəyişib. Yəni dələduzluq ittihamı rüşvətə tövsif olunub.

Beləliklə, bu ilin yanvarında Zahid Niftəliyevin Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3 (bir qrup şəxs tərəfindən külli miqdarda təkrar rüşvət alma) maddələrilə ittiham olunduğu üzə çıxıb.

Tərtər Hərbi Məhkəməsi isə (hakim İlqar Quliyev) ona verilən ittihamları əsassız hesab edib və Zahid Niftəliyevin əməli Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsindən 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddəsinə dəyişdirilib.

Z.Niftəliyev 10 min manat cərimə cəzası ilə məhkəmə zalından azadlığa buraxılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə müstəntiqin vəsaiti əsasında isə 18 iyul 2023-cü ildə Səbail rayon məhkəməsinin qərarı ilə Şlyapa Zahid barəsində yenidən həbs qətimkan tədbiri seçilib.

İddiaya görə, Zahid Niftəliyevin keçmişinə nəzər yetirdikdə iş materiallarına əsasən, kredit almaq məqsədi ilə “Şahin-CO” MMC yaratmış, təsərrüfat və maliyyə vəziyyəti barədə Atabank ASC-yə saxta məlumatlar təqdim edib. 2016-cı ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat manat kredit alaraq, təyinatı üzrə istifadə etməməklə xüsusilə külli miqdarda ziyan vurub, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan Atabank ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraq icra etməyib.

Onun kirli keçmişi bununla da bitmir. Hərbi qulluqçuların xidmət yerinin dəyişdirilməsi və ehtiyata buraxılmalarının təşkilinə görə Zahid Niftəliyev ümumilikdə 40 min manat rüşvət almaqda da təqsirləndirilib.

Cinayət işi materiallarında qeyd olunub ki, Zahid Niftəliyev 2018-ci ildə N saylı hərbi hissənin bir neçə hərbi qulluqçusunu qanunsuz olaraq Qəbələ rayonu, Vəndam qəsəbəsində yerləşən həyətyanı sahəsində fəhlə kimi işlədib. Hərbi qulluqçular 15 gün onun evinin həyətində betonlama işləri aparıblar. Qadın hərbi qulluqçuların isə qanunsuz yolla xidmətə qəbul edilmələrini təşkil edib. Onun qanunsuz sahibkarlıqla da məşğul olduğu bildirilir.

Koordinasiya (Yoxlama) Şurasının araşdırması ilə üzə çıxıb ki, o, Qəbələ rayonunun Vəndam kəndinin girəcəyində özünə böyük həyəti olan ev tikdirib. Bundan başqa, Yasamal rayonu, Şərifzadə küç. 16 ünvanında generalların binasında evi, böyük sahəyə malik olan qarajı var. Həmçinin Yasamalda, “Su Doldurma Məntəqəsi”nin yaxnlığında yeni tikilən binada 4 otaqlı mənzili, “Həzi Aslanov” metrosunun yaxınlığında keçmiş 227 nömrəli hərbi hissənin ən yaxşı yerində 10 sot torpaq sahəsi, Siyəzəndə böyük villası, Yasamalda Ə.Əhmədov küç, ev 31A ünvanında mənzili var.

Şlyapa Zahidin iki kürəkəni az xidmət etmələrinə baxmayaraq, Nəcməddin Sadıqov sayəsində qısa zamanda evlə təmin olunub. Məhz onun dəstəyi hesabına dayısı oğlunun komandir olduğu 1-ci korpusa bacısı oğlu da gizir təyin olunub. Oğlu Həzrət Niftəlizadə şəhər qeydiyyatında olduğu halda, Zığ qəsəbəsində yerləşən Hərbi Dəniz Qüvvələrində xidmət edib.

Zahid Niftəliyevin öz adına “ŞAHİN-CO” MMC və oğlu Həzrət Niftəliyevin adına olan “Həzrət” MMC şirkətləri də mövcuddur.

Qeyd edək ki, o, çox vaxt şlyapa ilə görüntüləndiyi üçün ona “Şlyapa Zahid” ləqəbi qoyulub.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Britaniya nüvə başlıqlarını təkmilləşdirmək niyyətindədir

Next Post

Ermənistanda korrupsiya qalmaqalı: “Əgər bunlar bu qədər ağıllı idisə…”

Bənzər yazılar

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

Qüdrət Həsənquliyevdən ABŞ səfirinin açıqlamasına reaksiya

06 May 2024 - 14:40

“ABŞ-nın Minsk qrupunun həmsədri kimi fəaliyyəti münaqişənin dondurulmasına və hansısa zamanda Azərbaycanı Qarabağın itirilməsinə yol açacaq referenduma sürükləmək olub” Ədalət,...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

İsrail ordusu Rəfah şəhərində əməliyyata başlayıb

06 May 2024 - 11:51

İsrail Müdafiə Ordusu Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində əməliyyata başlayıb. Elchi.az  xəbər verir ki, bu barədə məlumatı newsru.co.il yayıb....

Omeqa-3 kimlərə zərər verə bilər?

Omeqa-3 kimlərə zərər verə bilər?

05 May 2024 - 13:57

ACS: Omeqa-3 insulinin səbəb olduğu amiloidozda hüceyrə zədələnməsinə səbəb ola bilər. Elchi.az xəbər verir ki, balıqdan alınan sağlam doymamış yağlar zəhərli...

Next Post
Vardanyan: “Avropa İttifaqının Azərbaycanın terminologiyasını qəbul etməsi…”

Ermənistanda korrupsiya qalmaqalı: “Əgər bunlar bu qədər ağıllı idisə...”

Prezident Sudeif İmamverdiyevə orden verdi

Prezident Sudeif İmamverdiyevə orden verdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.