"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

SN: COVID-19-un genetik variantlarının aşkarlanması üçün nəzarət gücləndirilib

31 Yanvar 2022 - 15:42
in SOSİAL

““Omicron” ştamının yoluxduruculuğu bir neçə dəfə yüksək olduğu üçün infeksiya dünya ölkələri arasında daha geniş yayılması müşahidə olunur. Son məlumatlara görə, hazırda dünyanın 110-dan çox ölkəsində koronavirus infeksiyasının “omicron” ştamı müəyyən edilib”.

Bunu da oxuyun

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Bu ərazilərimizə qar yağdı

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Elchi.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Afaq Əliyeva deyib.

O bildirib ki, bununla əlaqədar olaraq, ölkədə koronavirusunun genetik variantlarının aşkar edilməsi üçün nəzarət gücləndirilib: “Aparılan elmi tədqiqatların nəticələri bir daha göstərir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarının yarada biləcəyi ağırlaşma hallarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Ötən ilin yanvarın 18-dən etibarən Azərbaycanda peyvəndləmə həyata keçirilir və bugünədək uğurla davam etdirilir. Əhalinin vaksinasiyada aktiv iştirakı nəticəsində ölkədəki epidemioloji vəziyyətin sabit qalmasına nail olunub.
COVID-19 infeksiyasına gündəlik yoluxmada artım yalnız Azərbaycanda deyil, bir çox Avropa və postsovet ölkələrində müşahidə edilir. Belə ki, yanvarın 30-da Almaniyada sutka ərzində yeni COVID-19 infeksiyasına 119 minə yaxın, Rusiyada 121 mindən artıq, Ukraynada 25 minə yaxın, əhalisi 4 milyona yaxın olan qonşu Gürcüstanda isə 17 500 artıq yoluxma halı qeydə alınıb. Bir neçə həftə ərzində “Omicron” ştamının daha çox yayılıb və digər növləri sıxışdırılması artıma səbəb olub.
Azərbaycanda yoluxmaların sayının kəskin artmasına baxmayaraq, test nəticəsi müsbət çıxmış şəxslərin xəstəxanaya yerləşdirilməsi halları eyni dinamika ilə inkişaf etmir və gündəlik hospitalizasiya sayı stabil olaraq eyni qalır. Bunun da əsas səbəbi odur ki, peyvənd olunanlar virusa yoluxduqda xəstəliyi yüngül keçirirlər”.

O qeyd edib ki, koronavirusun “Omicron” ştamının simptomları çox vaxt kəskin respirator infeksiya simptomlarına bənzəyir: “Yeni ştam əsasən yuxarı tənəffüs yollarına – burun və boğaza təsir edir, koronavirus infeksiyasının digər ştammlarına nisbətən ağciyərlərə daha az yayılır. “Omicron”un ən çox qeydə alınan simptomları – baş ağrısı, burun axması və boğaz ağrısıdır. Həmçinin, yeni ştama yoluxmuş şəxslər yorğunluq, qızdırma, bədən ağrıları və gecə tərləmələrindən şikayətlənirlər.
Koronavirus infeksiyasına qarşı ən yüksək müdafiəni peyvənddən sonra yaranan anticisimlər verir. “Omicron” ştamına yoluxanlar, xüsusilə də peyvənd olunmuşlar xəstəliyi daha yüngül keçirirlər. Belə ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyinin elmi araşdırmaları göstərir ki, vaksinin buster dozası 50 yaşdan yuxarı insanlarda “omikron” ştamına qarşı müdafiəni 95 faiz artırır. Eyni zamanda, vətəndaşlarda “omicron”-a görə xəstəxanaya düşmək riskini 88 faiz azaldır. Araşdırmalara görə, yeni ştamın inkubasiya dövrü daha qısadır, lakin “Omicron” ilə təkrar yoluxma riski “Delta” virusla yoluxmadan bir neçə dəfə çoxdur. Yayılan yeni ştamnan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 5 ay sonra gücləndirici (buster) doza ilə peyvəndlənmək vacibdir. Xatırladım ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən peyvəndin 2-ci dozasının üzərindən 6 aydan çox keçmiş şəxslərin “Peyvənd sertifikatı” fevralın 15-dən etibarlı hesab edilməyəcək. Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına da (fiziki məsafənin gözlənilmasi, maskalardan istifadə və gigiyenik qaydalar) riayət olunmalıdır”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

40 məktəbdə BSQ rəqəmsallaşdırılır

Next Post

Ali Attestasiya Komissiyası doktorantların etirazını müsbət həll edib 

Bənzər yazılar

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şöbə rəisi: Məhsulların alınması üçün 90 milyon manat verilmişdi

06 May 2024 - 11:46

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Elchi.az  xəbər...

Bu ərazilərimizə qar yağdı

Bu ərazilərimizə qar yağdı

06 May 2024 - 09:51

Mayın 6-sı saat 9:00-a olan məlumata əsasən Azərbaycanda yağıntılı hava şəraiti davam edir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat...

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

Sabahın havası bu insanlarda narahatlıq yaradacaq

05 May 2024 - 15:39

Tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Elchi.az-a verilən xəbərə görə, mayın 6-da Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir ki, bu...

Faktiki hava: Bu rayonlara yağış yağdı

Külək güclənəcək, yağış yağacaq

02 May 2024 - 16:51

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25...

Next Post
Ali Attestasiya Komissiyası doktorantların etirazını müsbət həll edib 

Ali Attestasiya Komissiyası doktorantların etirazını müsbət həll edib 

Sabah bəzi yollar buz bağlayacaq, duman olacaq

Sabah bəzi yollar buz bağlayacaq, duman olacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.