"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Sobsan Boya” şirkətinin rənglərinə boyanan Kardiologiya İnstitutu

09 İyul 2019 - 12:29
in CƏMİYYƏT, MANŞET

Yoldaş Şirəliyev elmlə biznesi məharətlə bir-birinə calaq eləyə bilib
Son vaxtlar bir çox media portallarında “Sobsan Boya” şirkətinin Şamaxı rayonunda qanunsuz yollarla ayrı-ayrı şəxslərin torpaqlarını zorla əllərindən alması, hətta vəfat etmiş şəxslərin adından etibarnamələr verməklə “çəpərləmələrinə” qanuni don geyindirməsi barədə araşdırma yazılar dərc edilmişdi. Bəhs olunan məqalələr ciddi rezonans doğurmuş, şirkətin əməlləri ictimai qınaqla qarşılanmışdı. Bu günlərdə redaksiyamıza “Sobsan Boya” şirkətinin səhiyyə sektoruna müdaxiləsi barədə ilginc məlumatlar daxil olub.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

                        Soruşacaqsınız ki, “Sobsan” deyəndə adamın ağlına boya maddələri gəlir, lap uzaq başı Şamaxıda torpaqları zəbt etməsi yada düşür. Daha səhiyyə sistemi hardan çıxdı? Biz deyəndən sonra biləcəksiniz ki, məhşuri-cahan səhiyyəmiz necə “Sobsan Boya”ları ilə boyanıbmış…Yadınıza salaq ki, ötən ilin sentyabrında Səhiyyə naziri O.Şirəliyevin əmri ilə Dadaşova Gülnaz Mahir qızı Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru vəzifəsinə təyin edildi. Ötən müddət ərzində institutda hansı sular axıb, hansı dəyişikliklər olub deyə soruşsanız bu barədə bir dastan bağlamaq olar. İlk əvvəl ondan başlayaq ki, deyilənə görə kimsə Gülnaz xanımı inandırıb ki, bu institutda çalışan kişilərə tualet lazım deyil. Necə də olsa kişi xeylaqlarıdır,birtəhər dözərlər. Ol səbəbdən də Gülnaz xanım tualeti satıb başqalarına. Ümumiyyətlə institutda otaq-kabinet satmaq yaman dəbə düşüb. Əməkdaşlar qorxudan az qala kabinetlərində yatırlar ki, ey dili-qafil,bilmək olmaz gedərik evə,sabaha otağımızı satarlar başqalarına.Daha sonra məlumat verirlər ki, Gülnaz xanım institutun əməkdaşlarına “pul əl çirkidir” mövzusunda tez-tez praktiki təcrübələr keçir. Belə ki, məlumat verilir ki, vaxtaşırı onlardan müxtəlif məbləğdə (1000 dollardan 10 min dollara qədər) xərac toplayır ki, əməkdaşlar çox da pula aludə olmasınlar.Gülnaz xanımın institutdakı kadr siyasəti də özünəməxsusdur. Xoşuna gəlməyən və yaxud yerinə namizədi olan ştatlara təcrübəsi oldu-olmadı öz adamlarını təyin etdirir. Özü də bu zaman yuxarıda dediyimiz “əl çirki” prinsipindən istifadə olunur.Məlumat verilir ki, uzun müddətdən bəri Kardiologiya İnstitutunda böyük nüfuz sahibi olan tibb elmləri doktoru Baş elmi işçi, elmi katib Sona xanım Mamedovanı heç bir əsas olmadan işdən çıxartmaq məcburiyyətində qoymuşdur. Sona xanm da istəməsə də ərizəsini yazaraq işdən azad olmuşdur. O cümlədən, elmi işlər üzrə direktor müavini, Tibb elmləri doktoru Daşdəmirov Rəfael həkim də həmin aqibəti yaşamışdır. Ümumiyyətlə verilən məlumata görə, Gülnaz xanımın özünün rüşvət, korrupsiya ifadələrindən xoşu gəlməsə də,instituta gəlişindən sonra bu əməllər yaman rəvac tapıb. Çoxlarının uzun müddətə keçdiyi yolu qısa vaxta qət etməyə qərar verən G. Dadaşova Bağdaddakı kor xəlifənin atasına rəhmət oxutdurur.Bilirik ki, oxucularımız intizar içərisində gözləyirlər,bəlkə də əsəbləşiblər ki, bütün bu məsələlərə “Sobsan Boya” şirkətinin nə dəxli var? Axı onların işi boyamaq,uzaqbaşı torpaq zəbt eləməkdir. Daha onların institutda kişi tualetlərinin satılması rüsvayçılığına nə dəxli var? Var,yoldaşlar,cənablar,özü də möhkəm dəxli var! Çünki bütün bu əməllərə imza atan G.Dadaşova ”Sobsan Boya” şirkətinin rəhbəri olan Cavid bəyin əmisi qızıdır. Bu da hamısı deyil. Cənab nazir O.Şirəliyevin yeni qudası da “Sobsan Boya” şirkətinin əsas payçılarından,şəriklərindən biridir. Beləcə cənab nazir özü istəməsə də “Sobsan”ın boyalarına bulanmaq məcburiyyətində qalıb və nəticədə Gülnaz xanımın Kardiologiya İnstitutunun rəhbərliyinə gedən yolu ağ rəngə boyanıb. Nəhayətdə yoldaş Şirəliyev elmlə biznesi məharətlə bir-birinə calaq eləyə bilib. Amma,bu calaq nəticəsində rənglər bir-birinə yaman qarşıb. Rəngləri bu qədər niyə tündləşdirirlər,biz də bilmirik…

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

SALEH MƏMMƏDOVUN YENİ VİLLASININ GÖRÜNTÜLƏRİ YAYILDI – Fotolar

Next Post

Azərbaycanda dəhşətli qəza – 8 nəfər həlak oldu

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Next Post
Azərbaycanda dəhşətli qəza – 8 nəfər həlak oldu

Azərbaycanda dəhşətli qəza – 8 nəfər həlak oldu

“Azercell”in “Kabinetim” tətbiqi ilə nömrənizə nəzarət etmək artıq daha asandır

“Azercell”in “Kabinetim” tətbiqi ilə nömrənizə nəzarət etmək artıq daha asandır

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.