Moskvada antiterror tədbirləri davam etdirilir , yollarda əlavə nəzarət tətbiq edilib.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxt meri Sergey Sobyanin bildirib .
“Daxil olan məlumatlarla əlaqədar Moskvada təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə yönəlmiş antiterror tədbirləri həyata keçirilir. Yollarda əlavə nəzarət tətbiq edilib. Kütləvi tədbirlərin keçirilməsini məhdudlaşdırmaq mümkündür. Görülən tədbirlərə anlayışla yanaşın”,-deyə o, Telegram kanalında yazıb.
Nuranə Məmmədova





