Türkiyədəki obyektdə hasilatı sürətləndirməyi hədəfləyən SOCAR həm də Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalardan təsirlənməməyi hədəfləyir.
Elchi.az xəbər verir ki, SOCAR Türkiyədəki neft obyektlərinə gündə 200 min barelə qədər xam neft tədarük edəcək.
Keçmişdən bu günə yaxın əlaqələr quran SOCAR və “Lukoyl” Rusiya-Ukrayna müharibəsində Qərbin tətbiq etdiyi sanksiyaların təsirinə düşməmək üçün xam neft tədarükü ilə bağlı yeni razılaşma əldə ediblər. Türkiyədəki STAR Neft Emalı Zavoduna gündə 200 min barel xam neft tədarük etmək üçün qollarını çırmalayan SOCAR Lukoil ilə 1,5 milyard dollarlıq kredit müqaviləsi imzalayıb.
“Lukoyl”la imzalanmış xam neftin alqı-satqısı müqaviləsi sayəsində SOCAR STAR obyektlərində neft hasilatını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.






