"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

SOCAR dövlətdən borc istəyir: “Bizə 1 milyard lazımdır…”

25 Dekabr 2014 - 17:44
in İQTİSADİYYAT
img1709894Azərbaycan Dövlət Neft Şirkəti Bakıda yeni neftkimya və neftayırma kompleksinin inşası layihəsi üçün dövlətdən borc istəyir.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə şirkətin iqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov bu gün keçirilən mətbuat konfransında bildirib.
“Biz dövlət təminatı altında Mərkəzi Bankdan kredit cəlb etmək istəyirik. SOCAR rəhbərliyi artıq Mərkəzi Bankın rəhbərliyinə rəsmi müraciət edib, hazırda Mərkəzi Bankın ekspertləri bizim layihəni araşdırır” – deyə S.Qasımov bildirib.
Bakı ətrafında yeni neft-kimya və neftayırma kompleksinin inşası layihəsinin birinci mərhələsi üçün SOCAR-a azı 2,1 milyard dollar lazımdır. Bu, layihənin birinci mərhələsinin xərclərinin cəmi 30 faizini təşkil edir, şirkət vəsaitin qalan hissəsini xarici banklardan cəlb etməyi planlaşdırır.
“2018-ci ilə qədər bizə 1 milyard dollar lazımdır” – deyə S.Qasımov bildirib.
Layihə iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə tikinti işlərinə gələn il başlamaq və 2020-ci ildə tamamlamaq nəzərdə tutulur. Layihənin birinci mərhələsinin dəyəri 7 milyard dollar hesablanıb. Bu mərhələdə qaz emalı və neft-kimya zavodunun inşası planlaşdırılır. İkinci mərhələdə isə neftayırma zavodu tikiləcək.
Mərkəzi Bank 2009-cu ildə qlobal maliyyə böhranının tüğyan etdiyi vaxtlarda SOCAR-a  müxtəlif layihələrin həyata keçirilməsi üçün  7 illiyə 750 milyon manat kredit ayırmışdı. Həmin kreditin 450 milyon manatı şirkətin xarici borc öhdəliklərinin yerinə yetirilməsinə yönəldilib. Hazırda dünya bazarlarında neft kəskin ucuzlaşdığı üçün iri neft şirkətləri banklardan kredit cəlb etməkdə çətinlik çəkirlər. İnvestorlar isə pullarını enerji sektoruna yönəltməyi riskli hesab etməyə başlayıb.
SOCAR Türkiyədəki layihələrini maliyyələşdirmək üçün yerli banklardan yüksək faizli kreditlər də daxil olmaqla bir çox maliyyə qurumlarından vəsait cəlb edib. Bu günlərdə isə “Qazprombank”dan 400 milyon dollar kredit alıb.

 

Bunu da oxuyun

Neft yenidən bahalaşdı

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

Neftin bu günə olan qiyməti

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

PKK döyüşçü tapmır, qız qaçırır

Next Post

Türkiyədə ara qarışdı, 67 nəfər həbs olundu

Bənzər yazılar

Neft yenidən bahalaşdı

Neft yenidən bahalaşdı

06 May 2024 - 09:27

Dünya birjalarında neft yenidən bahalaşıb. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,23 dollara, yüngül neftin bir...

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

AZPROMO və “Azərxalça”nın əməkdaşlığı ilə hazırlanan xalça kəsilib

05 May 2024 - 21:47

Bu gün İçərişəhərdə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşlığı nəticəsində hazırlanan xalçanın kəsim...

Neft həftəyə bu qiymətlə başladı

Neftin bu günə olan qiyməti

02 May 2024 - 10:28

Dünya birjalarında neft ucuzlaşmaqda davam edir. Elchi.az xəbər verir ki, hazırda "Brent" markalı neftin bir barreli 83,92 dollara, yüngül neftin...

Rusiyalı milyarderlər daha da varlanıblar

Rusiyalı milyarderlər daha da varlanıblar

01 May 2024 - 13:04

Rusiyalı milyarderlər daha da varlanıblar – 2024-cü ilin ilk dörd ayında ən varlı iş adamlarının ümumi sərvəti 14,89 milyard dollar...

Next Post

Türkiyədə ara qarışdı, 67 nəfər həbs olundu

Rusiyalı nazirlər Milad bayramın kabinetdə keçirəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.