Azərbaycan Gürcüstana nəql etdiyi gündəlik təbii qazın həcmini 6 milyon kubmetrdən 7 milyon kubmetrə qədər artıracaq.
“İnterfax” xəbər verir ki, bu barədə SOCAR-ın Gürcüstandakı törəmə şirkəti “SOCAR Enegy Georgia”nın baş direktoru Mahir Məmmədov bildirib.
Baş direktor bildirib ki, bununla bağlı razılıq dünən SOCAR prezidenti Rövnəq Abdullayevlə Gürcüstanın baş naziri Georgi Kvirikaşvili arasında baş tutan görüş zamanı əldə olunub.




