"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

SOCAR-ın “Gülənçi”si MTN generalının qohumu imiş

30 Oktyabr 2015 - 22:22
in XƏBƏR LENTİ

Bir neçə gün əvvəl Türkiyə mətbuatında adı Fətullah Gülən camaatının adamı kimi keçən “SOCAR Turkey Energy” şirkətinin icraçı direktorunun birinci müavini Samir Kərimli MTN Əks-kəşfiyyat Baş İdarəsinin keçmiş rəisi, general-mayor Nizami Şirinovun yaxın qohumudur və məhz onun dəstəyi ilə bu vəzifəyə təyin olunub.

AzNews.az azpolitika-ya istinadla xəbər verir ki, Samir Kazımlı bu günlərdə işdən qovulan və barəsində araşdırma aparıldığı, məsuliyyətə cəlb olunacağı bildirilən general-mayor Nizami Şirinovun baldızı oğludur. S.Kərimlinin atası, cəmiyyətdə “Hacı Arif” kimi tanınan Arif Kərimov Bakının mərkəzində yerləşən “Levis” mağazalar şəbəkəsinin sahibidir.

Məlumatlı mənbə Türk liseyinin məzunu olan, daha sonra ABŞ-da təhsilini davam etdirən Samir Kərimlinin həqiqətən də Fətullah Gülən camaatının üzvü olduğunu bildirir.

Xatırladaq ki, Türkiyənin “Sabah” qəzeti bir neçə gün əvvəlki araşdırma yazısında Azərbaycanın dövlət neft şirkəti SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey Energy”nin icraçı direktorunun birinci müavini olan Samir Kərimlini hazırda AKP hökuməti tərəfindən “terror təşkilatı” kimi tanınan Fətullah Gülən camaatının adamı kimi təqdim etmişdi.

Qəzet yazır ki, “paralel yapı”, yəni Fətullah Gülən və onun təriqəti enerji sektorunda söz sahibinə çevrilmək üçün Türkiyənin enerji sektoruna on milyardlarla dollar yatırmağı planlaşdıran SOCAR-a da öz adamlarını yerləşdirib. Bu məqsədlə “paralel dövlət” SOCAR-da “Ağ türk” adı verilən şəxslər vasitəsilə xüsusi struktur formalaşdırıb. Gülənçilər bu yolla Türkiyənin enerji sektorundan AKP-yə yaxın şirkətləri sıxışdırmaq və bu sektoru nəzarət altına almaq istəyir.

Yazıda bildirilir ki, SOCAR-dakı fətullahçılardan biri şirkətin Türkiyədəki baş hüquq müşaviri Fatih Yigitdir. O, Gülənin şəxsi həkiminin kürəkənidir və “SOCAR Turkey Energy” şirkətinin icraçı direktorunun birinci müavini olan Samir Kərimli üzərində güclü təsirə malikdir. Əgər təriqətin hansısa tələbi SOCAR-ın azərbaycanlı rəhbərlərinə çatdırılmalıdırsa, bunu Fatih Yigitin köməyi ilə edirlər.

F.Yigit bir neçə ay əvvəl ABŞ-da olub və geri qayıdandan sonra SOCAR-dakı AKP tərəfdalarının müəyyən edilməsi üçün lobbi fəaliyyətləri həyata keçirib.

Bildirilir ki, Türkiyədə böyük investisiyalara malik olan SOCAR-da təşkilatlanmış fətullahçıların fəaliyyətinə son qoyulması Ankaranın Bakıdan əsas tələblərindən biridir. Bunların arasında Samir Kərimlinin adı xüsusi qeyd edilir. Onun Fətullah Gülənə yaxın olmaqla bərabər ABŞ-la da sıx əlaqələri var.

“Sabah” qəzeti onu da yazır ki, Azərbaycanda “Çağ öyrətim” şirkətinin idarəçiliyində olan Gülən məktəblərinin bağlanmaq adı altında SOCAR-a verilməsinin arxasında da Samir Kərimli dayanırdı. O, həm də SOCAR-a podratçı kimi xidmət göstərən şirkətlərə nəzarət edir.

S.Kərimli həmin podratçı şirkətlərin köməyi ilə tenderlərdən və görülən işlərdən Gülən təriqətinə mənsub iş adamlarına pay verir, bununla da “paralel dövlət”ə maddi dəstək təmin edir.

Mənbə deyir ki, Samir Kərimli Fətullah Gülənin “sağ əli” və vəliəhdi kimi tanınan “Sema” klinikası Yönətim Kurulunun başqanı Mustafa Özcanla da sıx münasibətlərdədir. M.Özcan Bakıdakı “Nil” mağazalar şəbəkəsinin də sahibidir və dəfələrlə Azərbaycanda olub. Mənbə deyir ki, Samir Kərimli dəfələrlə Mustafa Özcanla Nizami Şirinovun görüşünü təşkil edib. İlk dəfə onlar 2008-ci ildə Bakıda “Excelsior” otelində görüşüblər. Sonrakı illərdə bu təmaslar davam etdirilib. N.Şirinovun da fəal dəstəyi ilə Samir Kərimli “SOCAR Turkey Energy” şirkətinin icraçı direktorunun birinci müavini vəzifəsinə təyin olunmasına nail olur. S.Kərimli isə öz növbəsində yeznəsi Etibar Baloğlanovu (Ağalar) SOCAR-ın Türkiyədəki törəmə şirkətlərindən birinin başına keçirməyə nail olur.

Azərbaycanın təhlükəsizlik generalının Fətullah Gülənin vəliəhdi kimi tanınan ən yaxın adamlarından biri – Mustafa Özcanla təmasları maraq doğurur. Bu münasibətlərin biznes maraqlarına, yoxsa digər məqsədlərə söykəndiyini isə demək çətindir.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

17 sayli dairədən BAXCP sədrinin müavini liderdir

Next Post

Əli Kərimlinin yarım milyona dediyi villası – FOTOLAR

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Əli Kərimlinin yarım milyona dediyi villası – FOTOLAR

Tanınmış yazar goranboylulara müraciət etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.