"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

SOCAR-ın işinə burun soxanlar

13 İyun 2016 - 16:13
in KÖŞƏ YAZILARI

 

Bunu da oxuyun

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır


Müxalifətçi olmaq ayrı şeydir, özünü bilərəkdən qanmazlığa qoymaq ayrı; birincisi normaldır, ikincisi deyil. Cavabını özünün əla bildiyin sualları ritorik pafosla səsləndirib, xal qazanmağa çalışmağın isə başqa adı yoxdur.

Əgər futbol üzrə Avropa Çempionatının keçirildiyi meydanlarda SOCAR-ın yox, məsələn, Ermənistanın hansısa şirkətinin reklamı getsəydi, indi radikallar hakimiyyəti pisləyəcəkdilər. Orada olan erməni yox, bir Azərbaycan şirkətinin reklamıdır, amma yenə də hakimiyyəti pisləyirlər. Məntiqsizliklə vicdansızlığın birləşməsindən yaranan hala nə deyirlər, bilmirəm, amma onu ifadə etmək üçün konkret bir söz varsa, bax, burda onu işlətmək lazım idi.

Anlamaq çoxmu çətindir ki, dövlət sadəcə olaraq, bütün fürsətlərdən istifadə edərək, Azərbaycanı tanıtmağa çalışır. Olimpiada, `Formula`, Futbol Çempionatı – hamısına əl atılır, ardıcıl strategiya yürüdülür. Əslində, bunu xalq olaraq biz etməli idik, amma bacarmamışıq. Hansı müğənnimizin diski çartları alt-üst edib, hansı yazarımızın kitabı bestsellerlər siyahısındadır, hansı alimimizin ixtirası gündəmi dəyişib? Heç biri! Yaxşı, bizim istər fərdlər, istərsə də xalq olaraq bacarmadığımız işi – ölkəmizi tanıtmağı,- dövlət görürsə, niyə onu pisləməliyik?

Ermənilər Avropa stadionlarında SOCAR-ın reklamını görməkdən rəncidə olublar, burası aydındır; bəs formal olaraq azərbaycanlı sayılanların niyə dalağı sancıb?

Radikal feysbuk müxalifətçisi Əli Kərimli necə narahat olubsa, bu məsələyə bir yox, iki status həll edib. Hər şey bir qırağa, adamın qoyduğu sualların məntiqsizliyinə baxın:

Ə.K. – Məgər SOCAR Rövnəq Abdullayevin və şirkətdə ətrafına yığdığı qohum-əqrəbasının şəxsi şirkətidir ki, ağıllarına gələni etsinlər?
UEFA kimi hörmətli bir qurumla reklam müqaviləsi imzalamaq “ağlına gələni etmək”dir? Onda dünyanın bütün böyük şirkətləri ağıllarına gələni edirlər?

Ə.K. – SOCAR sponsorluq etməsə, Avropa çempionatını keçirə bilməyəcək?
Kim deyib ki, keçirə bilməyəcək, Bu, ümumiyyətlə, nə qədər səfeh ritorikadır!

Və belə mənasız ritorikalar həddindən artıq çoxdur. Tək Əli Kərimli deyil, Milli Şuranın digər üzvləri – Gülətkin Hacıbəyli, Gözəl Bayramlı və digərləri də ona qoşulublar. Bir sürü kərimliciklər də bu ucuz demaqogiyaya ənənəvi komment züyü tuturlar: “Xalqın haqqı yeyilir…” Nə şəkildə yeyilirmiş? Ölkə dünyada reklam olunur! Bu, nədirsə, çox qəribə “haqq yeməkdir”.

Ciddi patalogiyası olan başqa bir siyasi xəstə SOCAR-ın verdiyi reklamı aparıb “Günəşli” yatağında həlak olan neftçilərlə bağlayır. Nə əlaqəsi var? Bu, hər şeydən əvvəl, neftçilərin ruhuna və ailələrinə hörmətsizlikdir. Neftçilərimiz həlak olubsa, SOCAR daha heç vaxt heç bir tədbirə sponsorluq etməməlidir bəyəm?

Fikir versəniz, SOCAR-ın reklamında “Azərbaycan” sözü işlədilir. İndiyə qədər UEFA tarixində belə reklam olmamışdı ki, orada ölkənin adı işlədilsin. Bu, qəsdən belə edilib: Məqsəd Azərbaycanı tanıtmaqdır. Başqa ölkələrdən qayıdan hər kəs şikayətlənir ki, dünyada Azərbaycanı tanımırlar. Elə isə dövlət bu boşluğu dolduranda niyə narazı qalırıq? İstər investor olsun, istər turist – fərqi yoxdur, əvvəlcə ölkəni tanımalıdırlar. Bu, biznesdir, cənablar, biznesdə isə xərc mütləq olmalıdır.

Ortada konkret bir problem var: Azərbaycanı tanıtmaq. Bu problemi aradan qaldırmaq üçün dövlətin etdiyini pisləyənlərdən soruşmaq istəyirəm: özünüz Azərbaycanın təbliği üçün nə etmisiniz? Əli Kərimli dahiyanə təklif irəli sürür ki, “ölkənin nüfuzunun artması, imicinin yaxşılaşması üçün çox ciddi təmizlik işləri görmək lazımdır”. Tamamilə razıyam! İlk növbədə hər addımda, hər fürsətdə ölkəni pisləyən qaragüruhdan cəmiyyət təmizlənməlidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

BAXCP-dən sərt bəyanat

Next Post

Orlando hadisəsi – supergüc də terror qarşısında acizdir – ŞƏRH

Bənzər yazılar

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

Yazıçı Çingiz Ələkbərzadə haqda xatirələr…

21 Sentyabr 2023 - 10:53

Yazıçı Çingiz Ələkbərzadəni heç vaxt həyatda görməmişəm. Yalnız köhnə qəzet səhifəsindəki cavanlıq şəklindən onu görüb tanımışam .O , bir zamanlar...

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

Yüzlərlə çobanı didərgin salmışıq ki, məmurlar aqropark salır…

07 Mart 2023 - 12:01

Allah mənim də, bu xəritəni mənə düzəltdirənin də cəzasını versin. 2 saatdır sizə Xəritə düzəldirəm. Oxumasaz inciyərəm... Xəritəni də istinadsız...

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

“Mühəndis Kamal: Dersimli erməni xanım Yemuşun oğlu”-Elbəyi Həsəni yazır

17 Fevral 2023 - 11:21

Məhəmmed Əli Cinnah (1876-1948) Pakistanı dövlət olaraq yaradan qurucu liderdi. Müsəlman liqasının banisi də odur. Adı Queyd-i-Əzam ("Ulu Öndər") və...

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

Qaradərililər qarabuğdayılara qarşı – Sami-hami mənşəlilər Avropaya qarşı birləşdi

15 Dekabr 2022 - 13:13

Ərəb, xüsusən Məğrib mediası futbol üzrə dünya çempionatına, yarımfinaldakı Fransa-Mərakeş qarşılaşmasına o qədər siyasi məna yükləyirdi ki. Və yalnız onlar...

Next Post

Orlando hadisəsi - supergüc də terror qarşısında acizdir - ŞƏRH

Bakıda sosial evlər harada tikiləcək? - Evi olmayanların diqqətinə!

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.