Kurort şəhərinin hava limanının mətbuat xidmətindən verilən məlumata görə, ilk çarter reysi Soçi Beynəlxalq Hava Limanından Taylanda uçub.
Elchi.az xəbər verir ki, bu barədə Tass məlumat yayıb.
Bundan əvvəl Soçi hava limanının mətbuat xidməti xəbər vermişdi ki, avqustun 20-dən etibarən Soçi Beynəlxalq Hava Limanından Taylandın Phuket şəhərinə birbaşa çarter reysləri ilk dəfə Azur Air tərəfindən həyata keçiriləcək.
Bildirilir ki, Taylanda uçuşlar Soçi Beynəlxalq Hava Limanı üçün yeni istiqamətdir, bu marşrut üzrə uçuşlar əvvəllər həyata keçirilməyib. 2020-ci ilə qədər aviaşirkət Taylanda Krasnodardan, xüsusən Pattayadan tək reyslər həyata keçirirdi.
Nuranə Məmmədova




