Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimi “Şöhrət” ordeni ilə təltif edilməsi xəbərinə
münasibət bildirib.
münasibət bildirib.O, aznews.az-a açıqlamasında bu barədə heç bir məlumatının olmadığını deyib:
“Mən bu xəbəri sizdən eşidirəm. Yəni mənə bununla bağlı heç bir məlumat verilməyib. Əgər məlumat doğrudursa, mən cənab Prezidentə öz minnətdarlığımı bildirirəm”.



