"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şok: Dəmirəl hökuməti erməni lobbisi ilə danışıqlar aparırmış

30 Yanvar 2015 - 16:02
in DÜNYA

371977-ci ildə Süleyman Dəmirəl hökumətində Türkiyənin xarici işlər naziri olan Sabri Çağlayangil məxfi şəkildə erməni lobbisinin nümayəndələri ilə görüşüb.

Bunu da oxuyun

Texasda daşqın: 1 uşaq öldü

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Lent.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzetinə geniş məqalə dərc olunub. Məqalə müəllifi məxfi görüşlər barədə britaniyalı jurnalist, ABŞ-ın Karnegi Fondunun Qafqaz üzrə tanınmış eksperti Tomas de Vallın “Böyük Fəlakət: Soyqırımın Kölgəsində Türklər və Ermənilər” kitabına istinad edir.

Maraqlı olacağını nəzərə alıb həmin yazını bəzi ixtisarlarla təqdim edirik.

Müəllif yazır ki, Türkiyə XİN-in rəhbəri ilə erməni lobbisinin nümayəndələri arasında ilk görüş Nyu-Yorkda baş tutub. Qeyd edilir ki, illərdi gizlədilmiş bu həqiqəti britaniyalı ekspertə həmin dövr S.Çağlayangilin müşaviri vəzifəsində çalışmış Oktay Aksoy nəql edib. 1976-cı ilin oktyabrında Nyu-Yorkun “Hilton” otelində baş tutan görüşdə Türkiyə nümayəndə heyəti 3 nəfərlə təmsil olunurdu. Uzun masa arxasında onlarla erməni lobbisinin nümayəndəsi yer alsa da, Türkiyəni yalnız XİN rəhbəri və onun müşaviri təmsil edirdi, üçüncü şəxs isə otelin foyesində keşik çəkən mühafizəçi idi. Amerikada baş tutan gizli danışıqlardan Ağ Ev rəsmilərinin də xəbəri var idi. Oktay Aksoy bildirir ki, Sabri Çağlayangilin erməni lobbisinin nümayəndələri ilə birbaşa təmasa keçmək üçün özü təşəbbüs göstərmişdi. Nazirin bu canfəşanlığına xüsusi səbəb də var idi. Həmin illər erməni terror təşkilatı olan ASALA üzvləri xarici ölkələrdə fəaliyyət göstərən türk diplomatlarına qarşı ard-arda terror aktı həyata keçirirdilər. Bu görüş ermənilərin şərtləri ilə tanış olmaq və onlarla müəyyən barışıq əldə etmək üçün vacib idi.

“Mənim babamın bağ evində ermənilər işləyirdi. Bizim onlarla çox gözəl münasibətimiz var idi. Mənim özümün də uşaqlıqda erməni dostum olub. Bu ASALA hardan çıxdı? Bunun necə qarşısını almaq olardı?”.

O.Aksoy deyir ki, bu sualları Çağlayangil erməni lobbisinin nümayəndələrinə unvanlayır. Amma bu suallara cavab tapılmır və tərəflər arasında ikinci görüş barədə razılıq əldə olunur.

1977-ci il noyabr ayının 27-də İsveçrənin Sürix şəhərinin “Dolder Qrand” otelinin yaşıl otağında Daşnaksütun Partiyasının lideri Savaraş Torigyan, Hınçak Partiyasinin lideri Avedis Dəmirçyan və Ramaqvar Partiyasının lideri Parounaq Tovmassiyan Türkiyənin xarici işlər naziri Sabri Çağlayangillə gələcək münasibətləri aydınlaşdırmaq üçün bir masa arxasında əyləşmişdilər. Türkiyənin o dönəm baş naziri olmuş Süleyman Dəmirəl və Oktay Aksoydan başqa hökumətdə bu görüşlər barədə heç kim məlumatlı deyildi. Erməni tərəfinə görə gərgin, türklərə görə isə həyəcanlı məcrada keçən danışıqların sonu nəticəsiz qaldı. Tərəflər arasında görüşlərin davam etdirilməsi barədə razılıq əldə olunsa da, 5 həftə sonra Dəmirəl hökumətinin hakimiyyəti təhvil verməsi nəticəsində Türk – erməni dialoqunu tarixin arxivinə qovuşdurdu.

Bu arada, gizli görüşlər barəsində erməni qaynaqlarında da bəzi məlumatlar var. Erməni mənbələri iddia edir ki, Sürix danışıqlarında Sabri Çağlayan çox sərt bir şəkildə bildirib ki, ermənilərə maddi təminat verə bilərik, Türkiyədəki yurd-yuvalarına qayıda da bilərlər, amma onların torpaq iddiası heç vaxt həyata keçməyəcək: “Bu heç bir türk tərəfindən, hətta vətən xaini belə olsa, qəbul edilməyəcək”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yenə ərəblər, yenə milyardlarla dollarlıq sövdələşmə

Next Post

Kəmaləddin Heydərov Füzulidə vətəndaşları qəbul edib

Bənzər yazılar

Texasda daşqın: 1 uşaq öldü

Texasda daşqın: 1 uşaq öldü

07 May 2024 - 09:15

ABŞ-ın Texas ştatında yağan yağış və tufan daşqınlara səbəb olub. Elchi.az xəbər verir ki, Johnson County Fövqəladə Hallar İdarəsindən verilən...

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

İddia: Netanyahu gizli məktubla Qətərdən Həmas üçün pul istəyib

07 May 2024 - 09:09

İsrailin baş naziri Binyamin Netanyahunun 2018-ci ildə Qətərdən Həmas üçün pul istədiyi və bunun “terrorizmi maliyyələşdirmək” kimi qiymətləndirilməyəcəyinə zəmanət verdiyi...

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb

06 May 2024 - 22:44

İspaniyanın "Real" (Madrid) klubunun üzvü Cud Bellinqem birlikdə oynadığı ən yaxşı futbolçuların adlarını açıqlayıb. Elchi.az  "Madrid Xtra" nəşrinə istinadən xəbər...

Makron: Fransa Rusiya ilə müharibə aparmır

Makron: Fransa Rusiya ilə müharibə aparmır

06 May 2024 - 22:07

Fransa Rusiya ilə müharibə aparmır. Elchi.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si...

Next Post

Kəmaləddin Heydərov Füzulidə vətəndaşları qəbul edib

187 kq-lıq qadın arıqlayıb belə oldu - Fotolar

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.