"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Şok: Rusiya Ermənistana 200 milyon dollar adı ilə 1 milyardlıq silah verir

25 Fevral 2016 - 11:05
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Şok: Rusiya Ermənistana 200 milyon dollar adı ilə 1 milyardlıq silah verir

Moskva işğalçını Azərbaycan və Türkiyəyə qarşı sürətlə hərbiləşdirir; istefada olan rus generalından xəbərdarlıq: “Kremlin yeni hədəfi Azərbaycan ola bilər…”

Rusiyanın Ermənistana növbəti dəfə böyük həcmdə -200 milyon dollar həcmində silah-sursat vermək qərarı bir həqiqəti bir daha təsdiqlədi: rəsmi Moskva iqtisadi izolyasiyada olan öz forpostunun Azərbaycan qarşısında hərbi cəhətdən zəifləməsində maraqlı deyil və işğalçının arxasındadır. 
 
Əksər siyasi analitiklər sonuncu faktı ən əvvəl bu kontekstdən izah və şərh edirlər – baxmayaraq ki, erməni tərəfi guya Rusiyanın Bakıya müasir, İrəvana isə köhnə silahları verdiyini iddia edir. Görünür, bu da erməninin gerçəyi maskalamaq üçün növbəti və ənənəvi hiyləgər gedişidir.
 
*   *   * 
 
“Bu, çox təhlükəli bir gediş, eyni zamanda Dağlıq Qarabağ problemi və Ermənistan-Azərbaycan münaqişəsinin həllində ciddi əngəl deməkdir”. Bu fikri politoloq Qabil Hüseynli söyləyib (axar.az). Sabiq dövlət müşavirinin sözlərinə görə, Rusiyanın Ermənistana göndərdiyi silahların növünə və sayına diqqət yetirdikdə şimal qonşumuzun işğalçıya 200 milyon deyil, əslində 1 milyard dollar dəyərində silah verdiyi bəlli olur.
“Göndərilən silahların Rusiya ordusunda tətbiq edilən ən son modeldə olması diqqət çəkir. İrəvan artıq neçənci dəfədir ki, Rusiyadan kredit adı altında çoxlu sayda silah-sursat alır. Yeltsinin dövründə 1 milyard dollar həcmində silah Ermənistana bağışlanmışdı. Hətta Rusiya qoşunları Gürcüstandan çıxarılanda da buradakı silahların çoxu – təxminən 800 milyon dəyərində – Ermənistana göndərildi. Hazırkı isə üçüncü belə güclü silahlandırmadır. Bununla yanaşı, Ermənistandakı rus bazalarına göndərilən silahların çoxu erməni silahlı qüvvələrinə çatır” – deyib ekspert.
Onun sözlərinə görə, hazırda Ermənistan regionun ən çox hərbiləşdirilmiş bölgəsidir: “İrəvan qoşunların saxlanılmasına dair Avropada qəbul olunan kvotanı pozur. Paralel surətdə isə KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı – red.) hava hücumundan müdafiə sistemlərinin yaradılması çox təhlükəli tendensiyadır”.
Politoloq hesab edir ki, Rusiya Cənubi Qafqazda möhkəmlənmək üçün hazırda erməni faktorundan geniş istifadə edir: “Moskva Ermənistanı silahlandırmasını Türkiyə, NATO və Yaxın Şərqdəki münaqişə ilə əlaqəndirsə də, bu, bölgədə qüvvələr nisbətini dəyişməyə yönəlmiş siyasətdir. Bu, çox təhlükəli bir gediş, eyni zamanda Qarabağ problemi və Ermənistan-Azərbaycan münaqişəsinin həllində ciddi əngəllər deməkdir. Görünür, Rusiya münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasında maraqlıdır”.
***
Qeyd edək ki, ötən həftə Moskva ilə İrəvan arasında ikinciyə 200 milyon dollarlıq kredit ayrılmasına dair imzalanan saziş açıqlanıb. Rusiyanın ağır maliyyə durumu səbəbindən bu krediti ayırmaq imkanında olmadığı bildirilirdi. Ancaq bir müddət öncə ilk ödənişin 2018-ci ilin əvvəlinə qədər ödənilməklə 10 il müddətinə verildiyi bildirildi.
Sənədə edilmiş əlavəyə görə, Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemləri və onun sursatlarını, “İqla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki kəşfiyyat kompleksi “Avtobaza-M”, TOS-1A ağır odatanları, 9M113M idarəolunan raketləri, RPG-26 qumbaraatanları, Draqunov snayper tüfəngləri, “Tiqr” zirehli avtomobilləri, mühəndis və rabitə vasitələri alacaq. Həmçinin, Rusiya Ermənistandakı aviabazasına dördüncü nəsil “MiQ-29″, modernləşdirilmiş ”MiQ-29S” və modernləşdirilmiş “Mi-8MT” nəqliyyat helikopterləri göndərib.
 
*   *   * 
 
Ermənistanın sürətlə hərbiləşdirilməsi Türkiyə-Rusiya münasibətlərindəki gərginlik fonunda xüsusi diqqət çəkir. İki ölkə arasında hərbi qarşıdurma ehtimalı da öz ciddiliyini saxlamaqdadır. Ötən ilin 24 noyabrında baş vermiş təyyarə insidenti ilə korlanan münasibətlər Suriyada atəşkəslə bağlı ümidverici xəbərlərlə öz kəskinliyini nisbətən azaltsa da, ekspert dairələri, politoloqlar təhlükənin hələ sovuşmadığı qənaətindədirlər.
Bir çox təhlilçilər son vaxtlar bu təhlükənin Güney Qafqaza və Azərbaycan-Rusiya münasibətlərinə və Dağlıq Qarabağ məsələsinin həll perspektivinə də neqativ inikasından tez-tez danışırlar. Çünki həm Türkiyə, həm də Rusiyanın bu münaqişənin əsas tərəflərinə – Azərbaycana və Ermənistana ciddi təsir imkanları qalır.
Ankara və Moskvanın bölgədəki maraqları isə “Su-24” olayından sonra indi heç vaxt olmadığı qədər toqquşur. Bu xüsusda ekspert rəyləri hələ ki ümidverici deyil. Demək, Dağlıq Qarabağ ixtilafının çözümü daha qəlizləşmiş sayıla bilər.
*   *   *  
“Azərbaycan Rusiyanın hərbi ekspansiyası üçün növbəti hədəf ola bilər”. Bu fikri istefada olan rus general-mayoru, Atlantik Şuranın prezidenti Vadim Qreçaninov bildirib. Türkiyə baş naziri Əhməd Davudoğlunun “Rusiya ordusu Azərbaycana girə bilər” sözlərini şərh edən general deyib: “Bu, tamamilə mümkündür”.
 
Bununla bağlı Qreçaninov ardınca söyləyib: “Vaxtilə – Qərbi Sibirdə yeni neft yataqlarının mənimsənilməsinə kimi Azərbaycan Sovet İttifaqının neft sənayesi mərkəzi olub. O vaxt Azərbaycanda neft buruqlarını qorumaq üçün hava hücumundan müdafiə vasitələri, nəhəng sayda hərbi texnika yerləşdirilmişdi. Sibir nefti kəşf ediləndən sonra buna ehtiyac aradan qalxdı, çünki bu,  bahalı məşğuliyyət idi”.
Bəs Azərbaycanı Moskvanın hədəfinə gətirən nə ola bilər? Rusiyalı general: “Azərbaycan İranla ”qohumluq əlaqələrinə” malikdir. Çoxlu sayda azərbaycanlı İranda yaşayır və əksinə. Bundan əlavə, Bakı Qərblə fəal şəkildə diplomatik əlaqələri inkişaf etdirir. Bu isə Rusiyanın maraqlarına bir elə uyğun deyil. Yəqin ki, səbəbi burda axtarmaq lazımdır”.
 
*   *   * 
 
Həm azərbaycanlı politoloq, həm də rusiyalı istefada olan generalın fikirlərindən belə bir qənaət hasil olur ki, Kreml üçün Dağlıq Qarabağ məsələsi, erməni işğalı ilk növbədə Azərbaycanı öz siyasi-hərbi orbitində saxlamaq üçün güclü vasitədir və Moskva onu elə-belə əldən buraxmaq niyyətində deyil. 
Belə vəziyyətdə Azərbaycanın öz əzəli torpaqlarını güc yolu ilə azad eləmək variantı kifayət qədər riskli və Rusiya üçün güclü bəhanə təəssüratı bağışlayır. Görünür, bundan öncə ən azı Türkiyə-Rusiya münasibətlərinin qaydaya düşməsini gözləmək lazım gələcək.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Bakıya məhsul ixrac edən şirkətə İŞİD ittihamı

Next Post

Saat 20-də rus-türk `savaşı` başlayır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Saat 20-də rus-türk `savaşı` başlayır

Bu gün İlqar Məmmədovla Tofiq Yaqublunun işinə təkrar baxılacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.