“Qazaxıstan Almaniyanın xam neft və digər xammal tədarükündə mühüm tərəfdaşıdır”.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolts Berlində Qazaxıstan Prezidenti Qasim Comart Tokayevlə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Qazaxıstan tədarük kanallarının genişləndirilməsində, məsələn, xam neftin idxalında və Almaniyanın Rusiyanın enerji mənbələrindən müstəqilliyində mühüm tərəfdaşdır.
Kansler Qazaxıstanın Rusiyaya qarşı sanksiyaların saxlanmasında mühüm rol oynadığını qeyd edib: “Qazaxıstan hökumətinin sanksiyalardan yayınmağın qarşısını almaqda və aktiv əks tədbirlər görməkdə bizə dəstək verməsi yaxşı və faydalıdır”, -deyə Şolts bildirib.
Yeganə




