“Rusiya Prezidenti Ukraynada məqsədlərinə çatmayacağını başa düşməli və qoşunlarını geri çəkməlidir”.
Elchi.az xəbər verir ki, bunu Almaniya Kansleri Olaf Şolts “Nürnberger Nachrichten”ə müsahibəsində deyib.
“Biz Ukraynanı kollektiv şəkildə dəstəkləyirik. Həm maliyyə, həm humanitar, həm də silah baxımından ABŞ-dan sonra ikinci ən böyük dəstək verən ölkəyik. Rusiya Prezidenti məqsədlərinə çatmayacağını başa düşməli və qoşunları geri çəkməlidir. Bu, ədalətli sülh üçün baza yaradardı”, – Olaf Şolts bildirib.
Kansler Şolts deyib ki, o, sonuncu dəfə ötən il Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb: “Müharibənin hazırkı inkişafı son vaxtlar müzakirəyə az səbəb yaradıb, lakin mən məqsədlərimizə çatmaq üçün yeri gələndə bunu bir daha edəcəyəm”.






