Almaniya kansleri Olaf Şolts Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin uzun müddət davam edə biləcəyini istisna etməyib.
Elchi.az News.am-a istinadən bildirir ki, Şolts bu barədə NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi mətbuat konfransında bildirib.
Kansler qeyd edib:
“Biz buna hazırlaşırıq və siyasətimizi buna əsaslanaraq düzəldirik. Almaniya lazım olan zamanlarda Ukraynaya dəstəyini davam etdirəcək
Öz növbəsində, NATO rəhbəri bildirib ki, alyansın iyul ayına planlaşdırılan sammiti Ukraynanı təşkilata üzv olmağa yaxınlaşdıra bilər. Stoltenberqin fikrincə, əks-hücum zamanı ukraynalılar nə qədər çox əraziləri işğaldan azad edə bilsələr, danışıqlar masası arxasında onların mövqeləri bir o qədər möhkəm olacaq. O, həmçinin vurğulayıb ki, ədalətli sülh münaqişənin dondurulması demək deyil.
Yeganə





