“Qəzza zolağında humanitar vəziyyət yaxşılaşdırılmalıdır və bunun üçün atəşkəs lazımdır”.
Elchi.az RİA.ru-ya istinadən xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışığında bildirib.
“Kansler Almaniyanın İsrail xalqı ilə tam həmrəy olduğunu təsdiqləyib. O, Almaniyanın həmişə İsrailin tərəfində olduğunu vurğulayıb”, – deyə Almaniya hökuməti başçısının mətbuat xidmətindən bildirilib.
Netanyahu ilə söhbətində Şolts vurğulayıb ki, humanitar atəşkəs Qəzzada əhalinin təchizatının əhəmiyyətli dərəcədə yaxşılaşmasına töhfə verə bilər.
Eyni zamanda, hələ noyabrın 12-də Şolts bəyan etdi ki, o, dərhal atəşkəs və ya Qəzza zolağında uzun humanitar fasiləyə qarşıdır, çünki bu, HƏMAS-a yenidən güc qazanmaq imkanı verəcək. Almaniya kanslerinin sözlərinə görə, o, yaralıların çıxarılması və bölgə sakinlərinə yardımın çatdırılması üçün qısa humanitar fasilələri dəstəkləyir.
Yeganə






