Almaniya kansleri Olaf Şolzun hakim koalisiyası artan qaçqın və miqrant axınının öhdəsindən gəlməkdə çətinlik çəkən bölgələrin və yerli hökumətlərin yükünü yüngülləşdirməyə yardım etməyə razılaşıb. Elchi.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Danışıqlar zamanı ölkə hökuməti belə qənaətə gəlib ki, gələn ildən etibarən Almaniyanın federal əyalətləri və bələdiyyələrinin xərclərini təxminən 3,5 milyard avro azaltmaq üçün hər sığınacaq axtaran şəxsə 7500 avro ödəyəcək. Öz növbəsində maliyyə naziri Kristian Lindner sığınacaq axtaran şəxslər üçün müavinətlərin kəsilməsinin təxminən 1 milyard avroya qənaət edəcəyini bildirib ki, bu da nəinki federal ştatların və bələdiyyələrin yükünü yüngülləşdirəcək, həm də Almaniyanın miqrantlar üçün cəlbediciliyini azaldacaq.
Qeyd edək ki, bundan əvvəl Almaniyanın Bild nəşri miqrantlar üçün davranış qaydaları ilə bağlı manifest dərc edib.
Havar Şəfiyeva






