Almaniya kansleri Olaf Şolz BMT-də çıxışı zamanı Rusiya prezidenti Vladimir Putini imperialist planlarda ittiham edib. Elchi.az xəbər verir ki, bu barədə “Die Welt” məlumat yayıb.
O, həmçinin Rusiya liderini BMT Baş Assambleyasının Rusiya qoşunlarını çıxarmaq və münaqişəyə son qoymaq tələbini yerinə yetirməyə çağırıb. “Bu günə qədər heç bir cavab verilməyib. Bu gün heç bir şey Rusiyanın bu qlobal sülh çağırışına cavab olaraq susmasından daha yüksək səslənmir”, – deyə Şolz bildirib.
Bundan əvvəl Almaniya kansleri və Ukrayna prezidenti Vladimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüş keçiriblər. Danışıqlar zamanı onlar taxıl sazişinin bərpasına çağırıb, həmçinin Ukraynaya qarşı təhlükəsizlik zəmanətləri üzrə ikitərəfli danışıqlara başlanıldığını elan ediblər.
Havar Şəfiyeva






