Almaniya kansleri hesab edir ki, Albaniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya ilə birlikdə Avropa İttifaqına daxil olmalıdır.
Elchi.az xəbər verir ki, Almaniya kansleri Olaf Şolz Qərbi Balkan ölkələrinin (Albaniya, Serbiya, Çernoqoriya, Bosniya və Herseqovina, Şimali Makedoniya) Avropa Birliyinə tezliklə qoşulmasının tərəfdarı olub.
Almaniya kansleri Berlin prosesinin 9-cu sammitində iştirak etmək üçün Albaniyanın paytaxtı Tiranaya gələrkən deyib: “Mənə tamamilə aydındır ki, bu dövlətlərin üzvlüyünün təsdiqindən 20 il sonra biz bunun baş verməsini tez bir zamanda təmin etməliyik”.
Şolz’a görə, onun üçün avropalı siyasətçilərin səylərini gücləndirmək və Serbiya və tanınmamış Kosovonun “birlikdə Aİ-də perspektiv əldə etməsini” təmin etmək vacibdir.
Tiranada keçiriləcək sammitdə digər məsələlər də müzakirə olunacaq. Belə ki, Şolzun dediyi kimi, Ukrayna böhranı ilə yanaşı, Fələstin-İsrail münaqişəsinin gərginləşməsi də gündəmdədir.
Şayəstə Hüseynova





