Almaniya üçün Alternativ partiyasının üzvləri və əcnəbilərin kütləvi surətdə qovulmasını müdafiə edən digər sağçı qüvvələr “demokratiyanın sağçı ekstremist düşmənləridir”. Elchi.az xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz “X” sosial şəbəkəsindəki videomüraciətində bildirib.
O, həmçinin Almaniya vətəndaşlarını “AfD”-yə qarşı etirazlarını davam etdirməyə çağırıb. “Bu həftə sonu demokratiyamızın sağçı ekstremist düşmənlərinə qarşı yenidən çoxlu nümayişlər planlaşdırılır. Məncə bu düzgündür. Almaniyada bir daha baş verməməli olan şey Milli Sosialistlərin irqi ideologiyasıdır”, – deyə kansler bildirib.
Scholz xatırladıb ki, “AfD” üzvləri də daxil olmaqla sağçı qüvvələr daha əvvəl Potsdamda toplaşıb, orada əcnəbilərin ölkədən kütləvi deportasiyasını müzakirə ediblər. “Bu, demokratiyamıza və bununla da hamımıza qarşı hücumdur. Ona görə də hər kəs birlik və tolerantlıq, demokratik Almaniyamız üçün aydın mövqe tutmalıdır”, – deyə o, yekunlaşdırıb.
Şolz-un qeyd etdiyi etirazlar Almaniya Bundestaqındakı bir neçə ifrat sağçı parlament partiyasının üzvlərinin gizli görüş keçirdikləri və milyonlarla miqrantın hakimiyyəti ələ keçirəcəkləri təqdirdə deportasiya planını müzakirə etdikləri və qəbul etdikləri barədə xəbərlər fonunda baş verib.
Havar Şəfiyeva






