Almaniya kansleri Olaf Şolz qeyd-şərt qoyaraq, İsveçin deyil, Ukraynanın NATO-ya daxil olmasını alqışlayıb. Elchi.az TASS-a xəbər verir ki, bu barədə Almaniya hökumətinin başçısı Berlində keçirdiyi mətbuat konfransında bildirib.
“Mən Ukraynanın NATO-ya daxil olmasının, yəni İsveçin NATO-ya daxil olmasının tərəfdarıyam”, – deyə o, tamaşaçıların gülüşünə səbəb olub.
Bundan əvvəl Şolz Kiyevə səfəri zamanı danışarkən Moldova və Belarusu qarışdırıb. O bildirib ki, Rusiyadan olan hərbçilərin iştirakı ilə təlimlər hazırda Belarusda deyil, Moldovada keçirilir.
Havar Şəfiyeva





