Ciddi narahatlıq doğuran məqamlardan biri də 2019-2021-ci illər ərzində saxlanılan psixotrop maddələrin 99,4 faizinin, yəni 274 kiloqram 722 qramının “qara bazar”da “patı” və “şüşə” adı altında satılan metamfetaminin təşkil etməsidir.
Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərtac-a müsahibəsində deyib.
“Onu da qeyd edim ki, təkcə cari il ərzində aşkar olunan faktlar üzrə 1 ton 733 kiloqram 504 qram heroin, 508 kiloqram 432 qram tiryək, 194 kiloqram 122 qram metamfetamin və sair olmaqla, ümumilikdə 2 ton 481 kiloqram 5 qram narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb”, – S.Mehdiyev qeyd edib.




