“İnsider” portalı “OceanGate Expeditions” şirkətinin rəhbəri Stokton Raşın ölümündən öncə verdiyi müsahibəsini təqdim edib.
Elchi.az Reuters.com-a istinadən bildirir ki, başqa bir dalış zamanı “Titan”ı ildırım vurubmuş.
Qeyd olunub ki, müsahibə son dalışdan əvvəl verilib.
“Xoşbəxtlikdən bu, birbaşa zərbə olmadı. Birbaşa zərbə yəqin ki, bizi sıradan çıxarardı. Cəmi bir-iki gün ərzində biz bütün bu komponentləri dəyişdirə bildik”, – deyə Raş müsahibəsində bildirib.
Müsahibədə o, ildırım vurması nəticəsində sualtı qayığın bütün avadanlıqlarının 70 faizinin xarab olduğunu qeyd edib.
Yeganə






