"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Son vaxtlar Konstitusiyaya zidd qanunlar qəbul edirik”

22 Aprel 2017 - 10:30
in MANŞET, SİYASƏT

<font color=red><b>“Son vaxtlar Konstitusiyaya zidd qanunlar qəbul edirik”</b></font>

Qüdrət Həsənquliyev: “Ümid etmək istərdim ki, Milli Məclis qəbul etsə də ölkənin imicinə ciddi zərbə vuracaq bu qanunu Prezident imzalamayacaq”

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), millət vəkili Qüdrət Həsənquliyevun partiyanın mətbuat xidmətinə müsahibəsi

– Qüdrət bəy, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsində deputatın mandatdan çox asanlıqla məhrum edilməsinə imkan yaradan müddəalara qarşı çıxmısınız. Bu haqda bir az ətraflı məlumat verə bilərsiniz?

– Konstitusiyaya görə, Azərbaycanda dövlət hakimiyyəti hakimiyyət bölgüsü prinsipi əsasında həyata keçirilir: İcra, məhkəmə və qanunvericilik hakimiyyəti. Konstitusiyaya əsasən hakimiyyətin hər üç qolu qarşılıqlı fəaliyyət göstərir və bir birilərinə nəzarət edirlər. Konstitusiyanın 107-ci maddəsinə əsasən Prezident ağır cinayət törətdikdə vəzifəsindən mərhum edilə bilər və bu prosesdə həm Konstitusiya Məhkəməsi, həm Ali Məhkəmə, həm də Milli Məclis iştirak edir. Konstitusiyanın 128-ci maddəsinə əsasən, hakimlər cinayət törətdikdə vəzifədən kənarlaşdırıla bilər və bu prosesdə həm Prezident, həm Ali Məhkəmə, həm də Milli Məclis iştirak edir. Amma təssüf ki, hazırda Konstitusiyaya zidd olaraq hakimlər cinayət törətməsələr də Məhkəmə Hüquq Şurası tərəfindən intizam məsuliyyətinə cəlb etməklə, onların vəzifə səlahiyyətlərinə xitam verirlər. Konstitusiyaya edilən son dəyişikliklərə görə hakimiyyətin digər iki qanadının təmsilçilərindən fərqli olaraq deputat etik davranış qaydalarını kobud surətdə pozduqda mandatdan məhrum edilr. Hazırda bu normanıın tətbiqi prosesi belə təklif olunur ki, 5 il ərzində deputata 3 dəfə töhmət verilərsə o Milli Məclis tərəfindən mandatdan məhrum edilir.Yəni hakimiyyətin digər iki qanadına tətbiq olunması nəzərdə tutulan prosedurdan fərli olaraq bu prosesdə hakimiyyətin digər qanadları iştirak etmir. Halbuki, bu qarşılıqlı nəzarət baxımından vacibdir və hüquq düşüncəsi, hüquq mədəniyyəti bunu tələb edir. Əgər təklif olunan layihə qəbul olunsa deputatı mandatdan məhrum etmək adi bir ixtisassız işçini işdən çıxarmaqdan daha asan olacaq. Çünki Əmək Məcəlləsinin 190-cı maddəsinə görə işçiyə verilən töhmət 6 ay qüvvədə olur və vaxtından əvvəl götürülə bilər. O cümlədən işçi hər hansı mükafat alarsa töhmət qüvvəsini itirir. Eyni zamanda işçi bu qərardan məhkəməyə şikayət edə bilər. Deputata verilən töhmət isə 5 il qüvvədə qalır və onun məhkəməyə şikayət hüququ nəzərdə tutulmur. Deputatı mandatdan mərhum edərkən Milli Məclis həm qanun qəbul edən, həm də onu tətbiq edən orqan kimi çıxış edir ki, bu da Konstitusiyaya ziddir. Qanun pozuntusunu məhkəmə qiymətləndirməli olduğu halda o bu prosesdə iştirak etmir. Deputat Konstitusiyanın 61-ci maddəsinə zidd olaraq özünü müdafiə üçün keyfiyyətli hüquqi yardım almaq hüququndan məhrum edilir.
Nəzərə alsaq ki, parlamentdə müxalifət təmsilçiləri və bitərəflər fəaliyyət göstərir, qanun parlament çoxluğuna imkan verəcək ki, xalqın mandat verməsinə baxmayaraq, istənilən xoşlamadığı deputatı mandatdan məhrum etsin. Ən təəccüblüsü isə odur ki, layihənin müəlliflərinin özləri də deputatdır.

– Necə düşünürsünüz, deputatlar onları aşağılayan belə bir qanuna səs verəcəklərmi?

– Sözün doğrusu mən deputatlardan daha cox Prezidentə güvənmək istəyərdim. Ona görə ki, son vaxtlar çoxlu Konstitusiyaya zidd qanunlar qəbul edirik. Ümid etmək istərdim ki, Milli Məclis qəbul etsə də ölkənin imicinə ciddi zərbə vuracaq bu qanunu Prezident imzalamayacaq.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Sarkisyanın qohumu kəndliləri ayağa qaldırdı

Next Post

Uydurma soyqırımı: mif və həqiqətlər

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Next Post

Uydurma soyqırımı: mif və həqiqətlər

İstirahət günü yağış yağacaq - Güclü külək əsəcək

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.