Moldova prezidenti Maya Sandu dövlət administrasiyasına qaytarılan Kişinyov beynəlxalq hava limanında brifinq keçirib.
Elchi.az bu barədə xarici mediaya istinadən xəbər verir.
“2013 Şor saxta əməliyyatlar yolu ilə hava limanını güzəştlə ələ keçirmişdi. Bu doqquz ildə biz 1,6 milyard lev itirmişik. Birləşə bildik, mübarizə apardıq, məhkəmələrdən keçdik. Bu gün haqq-ədalət zəfər çaldı, hava limanı yenə vətəndaşlarındır.
Mən dövlət qurumlarından xahiş edirəm ki, sərnişinlərdən 9 avro yığılması məsələsinə yenidən baxsınlar və daha çox marşrutdan istifadə etmək imkanının olması üçün hava limanının optimal fəaliyyətini təmin etsinlər. Ədalət bu quldurluğa görə məsuliyyət daşıyan bütün şəxsləri cəzalandırmalıdır”, – deyə Sandu bildirib.
“Avia Invest” şirkətinin güzəştlə təhvil aldığı Kişinyov Beynəlxalq Hava Limanı 2022-ci ildə Kişinyov Apellyasiya Məhkəməsinin 23 noyabr tarixli qərarı ilə dövlət idarəçiliyinə qaytarılıb.
Rusiya tərəfdarı İvan Şorun tabeliyində olan “Avia İnvest” beynəlxalq hava limanını 49 il müddətinə güzəştlə ələ keçirmiş və dövlət şirkətə qarşı iddia qaldıraraq konsessiya müqaviləsinə xitam verilməsini tələb etmişdi.
Buna cavab olaraq “Avia Invest” Stokholmdakı Moldovaya qarşı arbitraj məhkəməsinə müraciət edib. Şirkət Kişinyov hakimiyyətini ona təzyiq göstərməkdə ittiham edib və 855 milyon avro təzminat tələb edir. Hələ qərar yoxdur.
Yeganə





