"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“SORUŞDUQ Kİ, GECƏ VAXTI QUŞLA TOQQUŞMA OLA BİLƏRMİ…” – Müdafiə naziri danışdı

16 Sentyabr 2019 - 12:28
in CƏMİYYƏT, MANŞET

“Tam məsuliyyətimlə deyirəm ki, bütün tədbirlər tam qanun çərçivəsində, yüksək peşəkarlıqla icra olunubdur”.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Axar.az xəbər verir ki, bu sözləri Müdafiə naziri Zakir Həsənov Real TV-yə müsahibəsində MiQ-29-un qəzaya uğraması və pilot Rəşad Atakişiyevin həlak olması ilə bağlı sualları cavablandırarkən deyib.

Nazir bildirib ki, pilot Rəşad Atakişiyev yüksək hazırlıqlı peşəkar olub: “Biz komissiya yaratdıq, komissiyaya mənim əmrimlə peşəkar pilotlar, mühəndislər, Hərbi Prokurorluğun nümayəndələri, xarici və müstəqil mütəxəsislər daxil olmuşdu. Onlar əsas bu suala cavab verdilər ki, təyyarənin son ana kimi bütün avadanlıqları işləyib, qırıcı son ana kimi, suya daxil olana qədər tam işlək vəziyyətdə olub.

İkinci məqam: əgər təyyarə ilə toqquşma olsaydı, bu, qara qutuda öz əksini tapacaqdı. Bütün Azərbaycanda olan digər qurumların radarları ilə bizim radarların məlumatları üst-üstə düşdü.

Pilotun son anda zəif də olsa, təyyarəni idarə etməyə çalışması onu deməyə əsas verir ki, pilot göydə zərbə alıb.
Hətta biz mütəxəssislərə müraciət etdik ki, gecə vaxtı quşla toqquşma ola bilərmi? Onlar təsdiqlədilər.

Həkimlər rəy verdilər ki, hansı vəziyyətdə insan belə bir hərəkət edə bilər. Bunun hamısını danışmayacam – bu, böyük bir sənəddir. Komissiyanın rəyində bütün bu suallara cavab verilib.

Bəziləri deyir ki, pilotun səsi niyə oxunmayıb? Ancaq onlar bilmirlər ki, qara qutuda pilotun səsi yazılmır”.

General komissiya üzvlərinə tam şəkildə inandığını bildirib. Z.Həsənov həmçinin deyib ki, bu hadisədən sonra ABŞ-da müasir F-18 qırıcısı, onun ardınca Hindistanın Rusiyadan aldığı ən müasir Su-30, bunun ardınca isə Pakistanda və Rusiyada qırıcı qəzaları oldu. “Əgər qırıcıda xəta olsaydı, biz bunu açıq şəkildə ictimaiyyətə deyərdik. Çünki ən müasir təyyarədə nöqsan olursa, texniki problem olursa, bizdə niyə olmasın? Hətta pilotun səhvi olsaydı, onu da deyərdik. Çünki pilotlar səhv edirsə, bizdə də ola bilərdi. Təəssüf ki, ən müasir təyyarələrdə də bunlar baş verə bilər. Bu, döyüş hazırlığı ilə bağlı deyil, təəssüf ki, belə qəzalar olur”.

General bildirib ki, bu hadisədən sonra biz bütün təyyarələrimizi bir daha yoxladıq: “Kimlərsə deyir ki, bu təyyarələrimiz köhnəlib. NATO dövlətlərində 70, 80-ci illərin F-16-ları uçur. Vaxtlı-vaxtında o təyyarələr təmir edilir, yeni texnikalarla təchiz edilir. Əgər müqayisə etsək, həm NATO, həm də keçmiş Sovet ölkələrində uçan təyyarələrin 80 faizi 70-80-ci illərin təyyarələridir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Neft 100 dollaradək bahalaşa bilər – Proqnoz

Next Post

Azərbaycanlı milyarderə görə ağacları rənglədilər – Video

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Next Post
Azərbaycanlı milyarderə görə ağacları rənglədilər – Video

Azərbaycanlı milyarderə görə ağacları rənglədilər - Video

İlk əsgər məzarlığı salınır: müharibəyə hazırlıqdır? – Nazir

İlk əsgər məzarlığı salınır: müharibəyə hazırlıqdır? - Nazir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.