Ekspertlər bildirirlər ki, tikinti sektorunda canlanma olsa da, daşınmaz əmlak bazarında durğunluq hələ bir müddət də davam edəcək
Bakıda tikinti sektorunda yenidən canlanma olacağı ilə bağlı ictimaiyyətdə müzakirələr davam edir. Lakin ekspertlər bildirirlər ki, tikinti sektorunda canlanma olsa da, daşınmaz əmlak bazarında durğunluq hələ bir müddət də davam edəcək.
Mövzu ilə bağlı musavat.com-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirib ki, sosial evlərin tikilməsi ilə bağlı hazırda ciddi işlər aparılır:
“İpoteka krediti üçün 50 milyon vəsait ayrılıb. İndi bunun müəyyən şərtləri var. Bu şərtlər ətrafında müzakirələr gedir. İpotekada şərtlər elədir ki, bundan hər kəs yararlana bilmir. Cənab prezident bütün bunları nəzərə alaraq, sosial evlər haqqında göstərişini verdi. Hesab edirəm ki, sosial evlərin tikilməsi çox vacibdir. Elə insanlar var ki, onların əmək haqları aşağıdır və ipoteka götürə bilmirlər. Eyni zamanda ipoteka Bakı və yaxın şəhərləri əhatə edir. Ancaq sosial evlər layihəsi rayonlarda da həyata keçirilir. Bunun üçün müəyyən proqramlar işlənib hazırlanır. Bu istiqamət üzrə çox ciddi işlər gedir. Sosial evlərin tikintisi özəl şirkətlər tərəfindən də aparıla bilər. Burada heç bir problem yoxdur. Biz istəyirik ki, bu evlər rayonlarda da tikilsin. Çünki orada da evə ehtiyacı olan insanlar çoxdur”.
V. Əhmədov bildirdi ki, sosial evlər layihəsinin başlaması ilə ölkədə tikinti sahəsində də canlanma müşahidə olunacaq: “Bu layihə əsasında həm insanlar evlə təmin ediləcəklər, həm də əlavə iş yerləri açılacaq. Ümumiyyətlə, dünyada belədir ki, iqtisadiyyatda ciddi böhranlar baş verən zaman daha çox tikinti sektoruna diqqət edirlər ki, insanlar həm işlə, həm də mənzillə təmin olunsun. Hüquqi-normativ sənədlər hazır olduqdan sonra bu işə başlanılacaq”.
Hazırda paytaxtda daşınmaz əmlak bazarındakı vəziyyətlə bağlı isə musavat.com-a bu sahədə uzun müddətdir çalışan Şahin Novruzov danışıb. O bildirib ki, hazırda bazarda tam durğunluqdur. Lakin buna baxmayaraq, yanvar ayı ilə müqayisədə mənzillərin qiymətində 10 faiz bahalaşma var: “Əmlak bazarında əvvəlki aylarla müqayisədə demək olar ki, tam durğunluqdur. Ay ərzində satış demək olar ki, olmur. Bu durğunluq get-gedə də artır. Durğunluğun aradan qaldırılması üçün ipoteka kreditlərini gündəmə gətirdilər. Lakin bunun da şərtləri çox ağır idi. İndi daha da mürəkkəbləşdiriblər. İlkin ödəniş 20 faizdən 40 faizə qaldırılıb. Banklar uzunmüddətli kreditlər vermirlər. Bu isə dolayısı ilə bazara öz təsirini göstərir və durğunluğa səbəb olur. İpoteka ilə ev götürmək artıq xəyalların məhsuluna çevrilib. Mənzillərin tikintisinə gəlincə isə deyərdim ki, bu sahədə də durğunluqdur. Əvvəlki kimi tikinti işləri aparılmır. Yəni söylənilən o tikinti bumu hələ baş verməyib. Sosial evlərin tikintisi haqqında məlumat var.
Bakının beş rayonunda beş və doqquz mərtəbəli binaları söküb, yerində çoxmərtəbəli binalar tikəcəkləri ilə bağlı bizdə də məlumat var. Ancaq bu sahədə uzun müddətdir olan adam kimi deyirəm ki, indiki vəziyyətdə belə bir layihənin həyata keçirilməsi mümkün deyil. Görünür, buna görə də binaların söküntüsünə başlanılmadı. Dörd blokdan ibarət 5 mərtəbəli binada 78, 6 blokluda isə 100 ailə yaşayır. Bu ailələri yerbəyer etmək asan məsələ deyil. Hesab edirəm ki, heç bir ailə qaldığı mənzildən yaxşı şərait vəd olunmayan evə köçməz. Konstitusiyamıza görə də mülkiyyət toxunulmazdır. Yəni onları heç kim mənzillərindən məcbur çıxara bilməz. Həmçinin bunun mahiyyəti odur ki, mülk sahibi onun qiymətini də özü təyin edir. Ona görə də bu proses uzun zaman və xüsusi proqramlar tələb edir”.
Ş. Novruzov bazardakı qiymətlərdən də danışıb: “Kirayə mənzil bazarında qiymətlər elə yanvar ayında olduğu kimi aşağıdır. Kirayə bazarında həmçinin tələbat da aşağı düşüb. Lakin mənzil bazarında demək olar ki, yanvar ayı ilə müqayisədə 10-15 faiz qiymət artımı var. Ancaq alıcı yoxdur. Qiymət artımı manatın ikinci devalvasiyası ilə əlaqədardır. Lakin yenə də deyirəm ki, satıcılar qiyməti qaldırsalar da mənzil alan yoxdur”.