Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2021-ci ildəki fəaliyyətinin yekunlarına və 2022-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında verilən tapşırıqların icrası ilə bağlı Dövlət Sosial Müdafiə Fondu İdarə Heyətinin sədr müavini Zəka Mirzəyevin sədrliyi ilə onlayn iclas keçirilib.
Fonddan verilən xəbərə görə, kollegiya iclasında qarşıya qoyulan tapşırıqlar bir daha iştirakçıların diqqətinə çatdırılıb. Vətəndaş müraciətlərinin operativ cavablandırılması, xidmət keyfiyyətinin artırılması, şəffaflığın təmin olunması istiqamətində görülən işlərdən danışılıb.
Eyni zamanda vətəndaş məmnuniyyətinin artırılması mexanizminin daha da təkmilləşdirilməsi istiqamətində bir sıra tapşırıqlar verilib. 2022-ci ildə qarşıda duran vəzifələr və sosial ödəniş təyinatlarının tam mərkəzləşdirilməsi məsələləri müzakirə edilib.





