Avropa Ukraynadan bezib, amma açıq şəkildə ona xəyanət edə bilməz.
Elchi.az xəbər verir ki, Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin bildirib ki, 2023-cü ilin yazında əks-hücum uğursuz olarsa, Kiyevin Qərb tərəfdaşları Zelenskiyə dəstəyini geri götürəcəklər.
“Avropa Ukraynadan bezib və hər şeyin tezliklə bitməsini istəyir, lakin onlar açıq şəkildə Kiyevə xəyanət edə bilməzlər”, – Soskin Youtube kanalında deyib.
Onun fikrincə, Qərb liderləri qəsdən elə bir vəziyyət qururlar ki, hücum uğursuz olarsa, Zelenskinin münaqişənin sülh yolu ilə həllindən yayınmaq imkanı olmayacaq. Ekspert hesab edir ki, Qərbin hərbi dəstəyi fonunda belə bir ssenari Ukrayna Silahlı Qüvvələrinin Rusiya ordusuna müqavimət göstərə bilmədiyini göstərəcək. Nəticədə, silah təchizatı dayanacaq və Kiyev münaqişəni davam etdirmək imkanını itirəcək.
Bundan əvvəl analitik Barri Hanton “Associated Press” üçün məqaləsində analoji fikir söyləmişdi. Onun fikrincə, əgər ölkə Kiyevə çatdırılan silahlarla belə, döyüş meydanında irəliləyiş əldə etməsə, Qərb ölkələri Ukraynaya dəstəyini geri götürəcəklər.
Nuranə





