Şotlandiya Milli Partiyasının lideri və ölkənin birinci naziri Həmzə Yusaf Böyük Britaniyanın çıxacağı təqdirdə ölkənin Avropa İttifaqına (Aİ) üzv olmağa hazır olduğunu açıqlayıb.
Elchi.az Politico.com-a istinadən xəbər verir ki, H.Yusaf bu sözləri Brüsselə səfəri zamanı deyib.
Siyasətçi qeyd edib ki, Şotlandiyanın Aİ-yə standart prosedur vasitəsilə qayıtması nisbətən asan olacaq, çünki ölkə onilliklər ərzində İttifaqın norma və qaydalarına uyğun yaşayıb. Yusafın sözlərinə görə, 2016-cı ildə şotlandların əksəriyyətinin (62 faiz) səs verməsinə baxmayaraq, Şotlandiya Aİ-dən “qoparılıb” “.
Yeganə






