"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Sovetski” hər gün dəyişir: sona lap az qaldı – FOTO

20 Aprel 2017 - 12:04
in CƏMİYYƏT

"Sovetski" hər gün dəyişir: sona lap az qaldı

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına müvafiq olaraq “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 7,6 km-ə yaxın olan 5 küçədə aparılan yenidənqurma işləri yekunlaşmaq üzrədir.

“Azəravtoyol” ASC-dən Elchi.az-a verilən məlumata görə, artıq bu çərçivədə işlərin 85 faizi aparılaraq yekunlaşdırılıb. İşlərin tam olaraq yekunlaşdığı 440 m uzunluğunda və genişləndirildikdən sonra eni 15 m-ə çatan  Balababa Məcidov küçəsindən başqa, hazırda Abdulla Şaiq, Mirzəağa Əliyev və Füzuli küçələrində də son tamamlanma işləri görülür.

Uzunluğu 1825 m, genişləndirildikdən sonra eni 15 m-ə çatan Abdulla Şaiq küçəsində asfalt-beton örtüyünün son qatının döşənməsi, piyada səkilərinə tamet daşların döşənməsi və işıqlandırma sistemin qurulması işləri qalıb ki, bu işlər də yaxın müddət ərzində aparılaraq yekunlaşdırılacaq.

Müasir yol infrastrukturunun yaradılması istiqamətində Nərimanov prospektinin 2165 m uzunluğunda olan hissəsində genişləndirmə və torpaq işləri yekunlaşıb, yeni yol yatağı inşa olunub. Yol boyu yeni kommunikasiya xətlərinin çəkilişi işləri isə bitmək üzrədir.  Hazırda 500 m-lik ərazidə asfaltlanma işlərinə start verilib. Burda fiziki işlərin göstəricisi 60% təşkil edir.

Akademik Milli Dram teatrının hər iki tərəfində yerləşən Mirzəağa Əliyev və Füzuli küçələrində də aparılan yenidənqurma işləri son mərhələsindədir. Küçələrin uzunluqları müvafiq olaraq 750 və 800 metr təşkil edir. Bu küçələrdə yenidənqurma işləri çərçivəsində yol genişləndirilərək 15 metrə çatdırılıb. Hər iki küçədə ümumi işlərin 90%-i yekunlaşdırılıb. Küçələr boyu yeni kommunikasiya xətləri çəkilib, 2 qat olmaqla asfalt-beton örtük döşənib. Küçələrdə asfalt örtüyünün son qatının döşənməsi, piyada səkilərinin tikintisi və işıqlandırma işləri qalıb ki, yaxın günlərdə bu işlər də yekunlaşdırılacaq.

Onu da əlavə edək ki, hazırda Nərimanov prospekti və Abdulla Şaiq küçəsinin “Statistika dairəsi”nə, həmçinin N.Nərimanovun heykəlinin yerləşdiyi dairə istiqamətinə birləşdirilməsi işləri aparılır. Analoji işlər Füzuli və Mirzəağa Əliyev küçələrində də görülür. Belə ki, sözügedən küçələr “Füzuli meydanı”na birləşdirilir. Bundan başqa layihə çərçivəsində Füzuli küçəsinin Səməd Vurğun küçəsi ilə kəsişməsində yeni 2 hərəkət zolaqlı geri dönmə hissə də yaradılıb.

Yenidən qurulan küçələrdə layihə üzrə 14 ünvanda “cib”lik və müasir avtobus dayanacaqları qurulacaq, yeraltı və yerüstü parkinq yerləri tikiləcək.

Qeyd edək ki, işlərin may ayında yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub və iki növbəli iş qrafiki müəyyən edilib.

Elchi.az

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Bakı metrosunda xəsarət alan şəxs komadadır” – Açıqlama

Next Post

Banklarda dollar və avronun alış-satış qiymətləri – SİYAHI

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Banklarda dollar və avronun alış-satış qiymətləri – SİYAHI

Sürücülərin diqqətinə - Bu yollardan istifadə etməyin

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.