"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

“Sovetski”də tarixi binaların məsələsi nazirləri də üz-üzə qoyub

21 Mart 2016 - 12:58
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Əbülfəs Qarayev “sökülmür”, Samir Şərifov “sökülür” dedi (FOTOLAR)

 

“Yeni Müsavat” qəzetinin ötən saylarında dərc olunan “Abid Şərifovun Abbas Mirzə Şərifzadə ilə nə ədavəti var?” sərlövhəli araşdırma yazısı ciddi rezonansa səbəb olub. Bu barədə hazırda söküntü işləri davam etdirilən Bakının “Sovetski” məhəlləsinin sakinlərindən məlumat almışıq. 
Xatırladaq ki, sözügedən materialda tarixi binaların bir qisminin sökülməsindən, tanınmış aktyor Abbas Mirzə Şərifzadənin 1910-cu ildə tikilmiş ev də daxil olmaqla bir sıra tarixi əhəmiyyətli binaların da sökülmək təhlükəsi qarşısında qalmasından bəhs etmişdik.
Həmin yazıda bizimlə fikirlərini bölüşən M.Fətəli küç. 45 ünvanında yaşayan Əliyev Faiq Məşədi oğlu isə əməkdaşımıza bildirib ki, yazının dərcindən sonra rəsmi şəxslərin açıq şəkildə təzyiqlərinə məruz qalıb. F.Əliyev Musavat.com-a bildirdi ki, yazının dərcindən sonra maliyyə naziri Samir Şərifov və Mədəniyyət və Turizim naziri Əbülfəs Qarayevlə elə “Sovetski” məhəlləsində görüşüb: “Yaşadığım bina haqqında onlara danışdım və mədəniyyət nazirinə bildirdim ki, 3 ay əvvəl sizə məktub göndərmişəm. Nazirsə cavabında “sizin binanı gördüm, o bina sökülmür”-dedi. Sonra qeydiyyat aparan cavan oğlandan təkrar soruşdum ki, M.Fətəli 45-də olan bina qalırmı? Cavab verdi ki, sizin bina da qalır, yanındakı 43 nömrəli ev də. Lakin söhbət əsnasında burada olan maliyyə naziri mənə çox kobud cavab verməklə, rişxənd etməklə bərabər, bildirdi ki, “get, yenə yaz”. Mən də qarşılıqlı cavabını verdim. Bundan sonra evə gəldim”. F.Əliyevin sözlərinə görə, səhəri gün tezdən küçədən gələn səsə pəncərədən baxanda görüb ki, Samir Şərifovun yanında gördüyü Cavanşir adlı şəxsin başçılığı ilə maliyyə nazirliyinin işçiləri, həmçinin söküntü işlərinə rəhbərlik edənlər onun evinin qarşısında nələrisə müzakirə edir: “Mən evdən çıxana kimi artıq getmişdilər. Bir həftədən sonra, daha dəqiq 05.03.2016-cı il, saat 3-4 arası gördüm ki, söküntüyə rəhbərlik edən şəxslər, həmçinin maliyyə işçiləri yeni qeydiyyat işləri aparırlar. Soruşanda bildirdilər ki, “dayı, yol buradan düz bu binanın ortasından keçir və bina söküləcək. Tanıdığım həmin oğlana dedim ki, oğul, bəs nazirin özü də siz də bir həftə bundan qabaq qeydiyyat aparanda dediniz ki, bu bina söküntüyə düşmür. Cavabında “mən kiməm ki, indi də deyirlər ki, 45 saylı bina yola düşür deyə, sökülür, 43 saylı ev qalır”. F.Əliyevin sözlərinə görə, baxmayaraq ki, həmin saxlanılan ev xarici görünüşünə və tikilişinə, həm də möhkəmliyinə görə onun yaşadığı evdən qat-qat geri qalır, amma yenə də onun saxlanılmasına qərar verilib: “Qəribəsi budur ki, binamızın sağında və solunda olan binalar qalır, yalnız bizim binanın söküləcəyi deyilir. Hətta məni məhkəməyə verəcəkləri ilə də hədələyirlər. Bu tarixi binanın günahı nədir axı?”
Şikayətçi əlavə etdi ki, bütün bunlar və əvvəlki aylarda üzləşdiyi qanunsuzluqlarla bağlı prezidentə də məktub yazıb. Növbəti şikayətini isə bu günlərdə göndərib. F.Əliyev ölkə başçısına ünvanladığı şikayət məktubunda aşağıdakıları qeyd edib: “Cənab prezident, mən KİV-də, “Abid Şərifovun Abbas Mirzə Şərifzadə ilə nə ədavəti var” başlıqlı yazılarda həqiqəti demişəm. Mənə görə o biri binalardan da qisas alırlar. Hansı ki, o binalar xarici görünüşünə və şərq üslubunda tikilməsinə görə göz oxşayır. Bizim binaya isə arxitekturlar tərəfindən 4 qiymət verilib. İndi  bu binanın günahı nədir ki, sökülmək cəzasına məhkum edilib? Məmurların sözlərindən belə çıxır ki, mən sizə çox nahaq yerə inanıb məktub göndərmişəm.Yəni “məktubuna cavab budur, get yenə yaz!”
F.Əliyev daha sonra yazıb: “Məlumata görə Samir Şərifov iri layihələrə bir şərtlə pul ayırır ki, işin icrası ona yaxın şirkətlərə verilsin.Yəni dayısına və Əli Şirinov adlı şəxsə verilir. Elə burada gedən söküntüdə və çəkilən yolda işi görən texnika və Sumqayıt dövlət nömrə nişanlı yük maşınları Əli Şirinovun idarəsi deyilən 69 saylı yol istismar idarəsinə məxsusdur”. F.Əliyev ardınca yazıb ki, M.A.Əliyev 124 ünvanında – hazırda yeri xarabalıq olan – Təhməzov qardaşlarının binasına və A.M.Şərifzadənin yaşadığı M.A.Əliyev 115 ünvanındakı evə görə etirazını bildirəndə bir nəfər “a kişi, sənin evin də sökülməlidir” cavabını verib: “Sonra bildim ki, bu, Əli Şirinovdur. Bunu ona görə yazıram ki, Samir Şərifova söz vermişdim. Bilin ki, Samir Şərifovun işçiləri öz səlahiyyətlərindən sui-istifadə etməklə belə tarixi memarlıq abidələrini yer üzündən birdəfəlik sildirmək üçün çox fəalıq göstərirlər. Bu sahəyə səlahiyyəti, məsuliyyəti olanlar, yəni Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyasının Mədəniyyət və Memarlıq İnstitutu qalıb bir tərəfdə, ancaq bu sahəyə səlahiyyəti olmayan Maliyyə Nazirliyi deyir ki, “yox, mən deyən olmalıdır”. Elə Baş Planın olmamağıdır ki, burada görülən işlər kortəbii aparılır və Maliyyə Nazirliyi üçün  saxtakarlığa şərait yaradılır. Deyən yoxdur ki, get, maliyyə işlərinlə məşğul ol! Nazirlik özünə aid olmayan işlər görür. Hər nazirliyin bir şirkəti var. Əminəm ki, vaxt gələcək tarixi memarlıq abidələrini söküntü adı atlnda vandalizm hərəkətləri ilə məhv etdirənlər, xalq düşməni adına layiq görüləcəklər, bu adla da öz gələcək nəsillərinə bir qara damğa ləkəsi vuracaqlar. Nə qədər yol yerini dəyişmək olar?! Ərazidə mövcud olan evlərin sahiblərinə verilən bildirişlərin hamısında yazılıb ki, buradan yol keçəcək. Bütün evlərin yerindən yol keçə bilməz axı. Əgər Baş Plan varsa bu yol dəyişmə oyunu kimə lazımdır? Deməli, belə çıxır ki, Baş Plan olmadığı üçün, bunlar gündə bir fikrə düşür”.
F.Əliyev Musavat.com-a bildirdi ki, “Sovetski”dəki tarixi binaların tamamilə məhv edilməməsi üçün sonadək mübarizə aparacaq. Ümid edir ki, ölkə prezidentinə ünvanladığı məktuba ciddi reaksiya veriləcək: “Prezident həmişə ictimai nəzarətlə bağlı dəyərli tövsiyələrini verib. Biz də ictimaiyyət nümayəndələri kimi yerlərdəki qanunsuzluqlara etiraz etməyə borcluyuq. İnanıram ki, məmurlar da prezidentin tapşırıqlarına nəhayət, əməl edib tariximizin məhv edilməsi prosesini dayandıracaqlar. Çünki bir xalqı məhv etmək üçün öncə onun tarixini məhv etmək lazımdır”.
Qeyri-iş günü olduğundan yazıda adı çəkilən şəxslərin və nazirliklərin mövqeyini öyrənə bilmədik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Cavid TURAN
FOTO: Musavat.com
 
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycan yeni silah almaq istəyir

Next Post

NASA “Qurani -Kərim”dəki bu sirli şəhəri axtarır

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

NASA “Qurani -Kərim”dəki bu sirli şəhəri axtarır

Bomba partladı: Bir polis şəhid oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.