"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Soydaşlarımızı niyə Ermənistana gedir?

24 Mart 2016 - 10:28
in XƏBƏR LENTİ

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

 Soydaşlarımızı Ermənistana cəlb edən səbəb nədir?
“Ermənistana da turist kimi gedirik, oranı tərifləyirlər, ora gedirik, buranı tərifləyirlər, bura gəlirik”. Bu sözləri Novruz bayramı münasibətilə Güney Azərbaycandan Bakıya qonaq gələn azərbaycanlı xanım Mahi Nəcəfi Azadlıq radiosuna verdiyi açıqlamasında bildirib. Onun sözlərinə görə, Ermənistana gəzməyə, görməyə gedən güneyli soydaşlarımız az deyil. “Mən də istəyərəm ki, Ermənistana gedib, oraları görüm”, – deyə Mahi Nəcəfi Bakının mərkəzində öz arzusunu bildirib. 
Bayram günlərində Bakıya gələn güneyli soydaşlarımızla bağlı hazırlanan bu kiçik süjet sosial şəbəkələrdə  geniş müzakirələrə səbəb olub. Əslən azərbaycanlı olan xanımın sözləri hiddətlə qarşılanıb, tənqid edilib. Tənqidlərə güneyli soydaşlarımız da qoşulub. Qeyd edilib ki, səslənən fikirlər yalnız ayrı-ayrı fərdlərə məxsusdur və bütövlükdə Güney azərbaycanlılarına şamil edilə bilməz. Aparılan müzakirələrdə bu cür süjetlərin yayılmasını qınayanlar da olub.
Qeyd edək ki, 98 il bundan əvvəl məhz Novruz bayramı ərəfəsində Güney Azərbaycanın qərb bölgəsində 200 min azərbaycanlı ermənilər tərəfindən qətlə yetirilib, soyqırım törədilib. Bu gün isə soyqırıma məruz qalan soydaşlarımızın bəzi nəvə-nəticələri gəzmək üçün fərəhlə Ermənistana üz tutur.
Bəs onları düşmən ölkəyə cəlb edən nədir?  Bu, hansısa siyasətin, yoxsa milli kimliyin, soy-kökün unudulmasının təzahürüdür?
Güney Azərbaycanın tanınmış milli-mədəni fəallarından olan, GAMAC sözçüsü Məhsa Mehdili Bərzin bununla bağlı “Yeni Müsavat” a danışaraq məsələyə aydınlıq gətirməyə çalışıb: “Güney Azərbaycan milli hərəkatının 1992-ci ildə keçirdiyi ilk xiyaban aksiyaları İran-Ermənistan əlaqələrinə qarşı olub. Qarabağ məsələsi bizim milli məsələmizdir. İstisnasız bir şəkildə hər il  Xocalı soyqırımı ildönümü milli aktivistlərlə milli yas olaraq keçirilir. Millətimizin bütün etiraz aksiyalarının vaz keçilməzi “Qarabağ bizimdir, bizim qalacaq” şüarıdır. Gəncliyin futbol oyunlarında belə səsləndirdikləri ana şüarıdır bu. Bu problem üçün İranla qarşı-qarşıya gəlib, həbs olunub zindan çəkən onlarca güneyli və bu haqda məhkəmə hökmləri vardır. Güneydə İran Azərbaycana qarşı siyasət aparır və dövlət səviyyəsində cinayətkar Ermənistan dövlətinin elədiklərinin üstü örtülür və hətta dost kimi göstərilir. Xalqımızdan Ermənistan dövlətinin törətdiyi cinayətlərdən xəbəri olmayanlar da var, əlbəttə ki. Çünki dövlət səviyəsində Ermənistan dost kimi göstərilir, radio, televiziya və bütün media da bu yöndə hərəkət edir. Söhbət köklü Azərbaycan düşmənliyinin dövlət səviyyəsində aparılmasından gedir.
Bir tərəfdən İran Ermənistana gediş-gəlişi də asanlaşdırıb. Ermənistana turist təmini, onun  tanıtımı ilə bağlı sərgilər açılır və turist alış-verişi üçün özəl olaraq proyektlər həyata keçirilir. Bu da xəbərsiz və məlumatsız qalan bəzi güneylilərin Ermənistana getməsinə səbəb olur. Ora qısa və ucuz, şəxsi avtomobillə gedilə bilən bir yerdir.
Bir daha qeyd edirəm, bu məsələ məlumatsızlıq, xəbərsizlikdən qaynaqlanır. Sadə bir çalıb-oynamağın, arzu edilən kimi normal, rahat gəzməyin belə yasaq olduğu, bir çox ölkənin çətin viza şərtlərinə tabe tutulan ölkədən bəhs gedir”.
Bütöv Azərbaycan Ocaqlarının (BAO) sədri Zahir Əlisoy da məsələyə öz münasibətini bildirib:
 “Heç şübhəsiz ki, Azərbaycanın güneyindən Bakıya gələn qonaqlar içərisində milli kimlik şüuruna malik olanlar da, olmayanlar da vardır. Tehran fars şovinist rejiminin Azərbaycan türklərinə qarşı yürütdüyü assimlyasiya siyasəti xalqımızın milli kimlik şüuruna sarsıdıcı zərbə vurub. M.Ə. Rəsulzadənin milliyyət və millət anlayışlarına baxdıqda hər şeyi aydın görmək olur.Biz bu gün  milliyyətik, millət kimi formalaşa bilməmişik, yəni etnos olaraq türkük. Millət isə vahid hədəfə malik olur. Bizim millət kimi formalaşmamağımızın səbəbi əlli milyonluq xalq olaraq vahid ideya ətrafında yetərincə birləşə bilməməyimizdir. Məhz Bütöv Azərbaycan ideyası millətə çevrilməmiz üçün ən böyük amaldır. Nə qədər ki, milli kimlik şüuruna sahib olmayacağıq, bəzi güneyli qardaş və bacılarımız Quzey Azərbaycana və Ermənistana turist səfərləri edərkən heç bir milli təəssübkeşlik hissi keçirməyəcək. Bütöv Azərbaycan Ocaqlarının da başlıca hədəfi millətimizin ruhunun bir araya toplanmasına yardımçı olmaqdır. Eyni zamanda unutmamalıyıq ki, bu gün İran zindanlarında milliyyətçi, vətənpərvər qardaş və bacılarımız işgəncə çəkməkdədir.
Amma Bakıya gələnlərin necə düşünməsindən asılı olmayaraq, gəlişləri gələcək bütövlüyümüz baxımından son dərəcə əhəmiyyətlidir. Bayramları mübarək olsun!”
Zahir Əlisoy bu cür məsələləri açıq şəkildə qabardılmasına qarşı səslənən tənqidlərə də münasibət bildirib. O, çatışmayan cəhətləri, problemləri aşkara çıxarıb onların həll olunmasının vacibliyini vurğulayıb: “Biz özümüz-özümüzü düşmən görməməliyik. Bizi bu vəziyyətə salanlar düşmənlərimizdir, vaxt gələcək hər birimiz bir safda yer alacağıq. Həkim xəstənin diaqnozunu qoymadan müalicə təyin edə bilməz. Millət də elədir. Siyasətçilərimiz və aydınlarımız çatışmayan cəhətlərimizi aşkara çıxarıb, problemlərimizi çözüb uca millətimizi gələcəyə yönəltməlidir. Heç bir şeyi gizlətməyə ehtiyac yoxdur, olan nə varsa necəliyindən asılı olmayaraq bizimdir”.
Maraqlıdır, rahat şəkildə, hətta şəxsi avtomobili ilə Ermənistana gedən soydaşlarımız, sonradan heç bir mane olmadan ölkəmizə, paytaxt Bakıya təşrif buyura bilirlər…
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Abbasqulu bəy Şadlinskini kim öldürüb?

Next Post

Əhməd Obalı: “Gördüyümüz işlər 30 milyonluq bir millət üçün qənaətbəxş hesab oluna bilməz”

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Əhməd Obalı: “Gördüyümüz işlər 30 milyonluq bir millət üçün qənaətbəxş hesab oluna bilməz”

Kürdəxanı təcridxanasında daha dustaq saxlamağa yer yoxdur

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.