Əlcəzairin Milli Xalq Ordusunun Baş Qərargah rəisi Səid Şanqrixa Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşmək üçün Rusiyaya gəlib. Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Afrika ölkəsinin Moskvadakı səfirliyində məlumat verilib.
Qeyd edək ki, iyunun 13-dən iyunun 16-dək Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Rusiyada dövlət səfərində olub. O, Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun sessiyasında çıxış edib. Əlcəzair lideri bildirib ki, Rusiya prezidenti Vladimir Putin bütün bəşəriyyətin dostudur.
Havar Şəfiyeva






